SeNaToR's blog

SeNaToR
39, Baku, Азербејџан

09.05.2010

Allaha şükr etmək hər kəsin borcudur.

Özünüzə gəlin və bu kərəmə baxın! Bir şükrün əvəzində bu qədər neməti kim verər?

Nemət insana qəflət verər, şükr isə insanı oyandırar.

Nemət və ehsanların əvəzində Allaha şükr et! Lakin sənə ehsan edən insana da şükr et, onun adını an!

Allah Qiyamət günü quluna “Nə gətirdin? Sənə verdiyim nemətlərin əvəzində nə etdin?” deyə xitab edər.

Qul da cavabında:

-Ey Rəbbim! Sənə can-könüldən şükr etdim. Çünki o ruzi əsas etibarilə Səndən idi.

Allah buyurar:

-Sənə ruzi verən insana şükr etmədiyin üçün Mənə də şükr etmədin. Bir kərəm sahibinə zülm etdin. Halbuki ona görə Mənim nemətlərimə nail oldun.

Şükr və şükr edənə kölə ol! Onların…



Şehvet isteyi qelbi kar ve kor eder: uzunqulağı bele ona Yusif kimi nurdan yaradılmış, yandırıcı bir ateş parçası olaraq gösterer.

Şehvet herisliyi çirkinlikleri bele gözel gösterer. Heqiqi yolçuları üçün yol belaları içinde şehvetden daha beteri yoxdur.

O iyrenc duyğu bir uzunqulağı Misir Yusifi kimi gözel gösterirse, heqiqi bir Yusifi nece gösterer?

Şehvet yemekden ve içmekden meydana geler. Az ye, az yat, yaxud bir qadınla nikahlan ve çirkinliklerden qaç!

Yeyib-içdinse, şehvet seni harama doğru sürükleyib aparar. ele geleni, elbette, xerclemek lazımdır.

Madam ki yemek-içmek düşkünüsen, vaxt keçmeden bir qadınla evlen, yoxsa pişik gelib yağlı quyruğu qapıb geder.

Tesekkurler size Glade


14.06.2010

Buludun kölgəsi yerə düşər, düşər, amma o kölgə ayla bərabər olmaz.

Ey yaxşlıq istəyən Haqq aşiqi! Özündən keçib Haqda fani olmaq buludsuz bir hala gəlməkdir. Özündən keçmə aləmində sən ayın on dördü kimi olursan.

Amma külək əsərək bu buludu gətirərsə, ayın nuru gedər. Ancaq bir xəyal qalar.

Buludun yaxud tozun pərdələdiyi ay bir xəyal kimi görünür. Məhz bədən buludu bizi xəyal düçüncəsinə sürükləyər.

Ayın lütfünə, kərəminə bax. Onun “Buludlar bizim düşmənimizdir” deməs ayrı bir lütfdür.


(burada ay deyiləndə əslində Allah nəzərdə tutulur. Bulud və toz da ayı görməyimizə əngəl olan, pərdə olan mənliyimiz, nəfsimizdir. Biz mənliyimizə, nəfsimizə məğlub olduqda onlar…


Əgər gecələr olmasaydı, insanlar hərislikdən, tamahdan çırpınar, yanıb yaxılardılar.

O vaxt hər kəs artıq qazanc sevdasına düşər, çox qazanc əldə etmək üçün bədənlərini çox yorar, yandırıb yaxardılar.

Məhz buna görədir ki, xalqı az bir zaman üçün də olsa hərislikdən qutarmaq üçün gecə rəhmət xəzinəsi kimi gəlib çatar.

Ey Haqq yolçusu! Sənə bir iç sıxıntı gəlirsə, bil ki, bu hal sənin xeyrinədir. Kədərlənmə, məyus olma!

Çünki sən rahatlıq halında ikən varını-yoxunu xərcləyirsən, bu xərcin əvəzində bir gəlir lazımdır.


GuLsen-e Tesekkurler


ağcaqanad bağçadan, çəmənlikdən uçub-gəldi. Süleyman peyğəmbərdən ədalət istədi.

Həzrəti Süleyman dedi:

-E -Ey insaf istəyən, ədalət axtaran! Kimdən şikayət edirsən? Kimə qarşı haqq axtarırsan? Söylə!

Ağcaqanad:

-M -mənim şikayətim və ədalət istəməyim küləkdəndir. O, iki əlini də bizə zülm etmək üçün açdı,- dedi.

Həzrəti Süleyman:

- Ey səhər küləyi!- deyə səsləndi. – Ağcaqanad sənin zülmündən şikayətçidir. Dərhal buraya gəl!

Külək Həzrəti Süleymanın əmrini eşitcək güclü əsərək gəldi. Ağcaqanad da dərhal qaçmağa başladı.

Həzrəti Süleyman:

- Ey ağcaqanad! Hara gedirsən? – dedi. – Dayan ki, hər ikiniz haqqında hökm verim!

Ağcaqanad:

- Ey padşahım! – dedi. – Ölümümün səbəbi ona görədir, bu günümün belə qaranlıq olmasının səbəbi onun dumanıdır.

O gələndə mən necə…


previous 1 2 3 next →
Blog
Blogs are being updated every 5 minutes