O gözəl günləri qısqanıram mən
27, Krasnokam'yanka, Ukraina

 Dalıram xəyala fikirlərimlə Xəyallarımda hey anıram mən. Xatirəm qalıbdır, məhəbbət köçüb. O gözəl günləri qısqanıram mən. Qəlbimdə salmışdın bir sevgi bağı Sən bir ağac idin, mənsə budağı Bu imiş sevginin sönməz ocağı? Məhv olub, bu yolda aldanıram mən. Yalandan deyirdin bizimdir zəfər. Əlinlə içirdin sevginə zəhər. Verdiyim sevgidən görmədim bəhər. Sevgim yalan idi, bil, danıram mən. Məhəbbət var idi qəlbimdə sənə. Gizlidə saxlasam olacaq yenə Ölüm şərbətini içirtdin mənə Başqa bir dünyaya yollanıram mən. Bu acı, qəlbimi doğrayır əzir. Allahım, sevənə yetir sən səbir. O sevgim- ölüdür, ürəyim qəbir. Dəfn etdim sevgimi, ah, yanıram mən.

7 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.