Heyif o gözlərə o baxışlara
Özgə birisinə baxacaq həmən
Heyif o ilahi qövsi qaşlara
Sinacaq kədərli düşüncələrdən
Heyif o alovlu ötən çağlara
Uçan yad budağa tez qonacaqdır
Heyif gülə bənzər o dodaqlara
Özgə bir dodağa toxunacaqdır
Gülüm heyif sənə yazıqlar mənə
Qoruya bilmədim məhəbbətimi
Özüm bilə-bilə verirəm yenə
Özgə birisinə səadətimi
çox gözəl əladır.diyəsən ünvanlıdır hə.
sadəcə şer xoşuma gəlir. 35 il ömrü olan bir xatirə dəftərindən götürmüşəm. sağolun. təşəkkür edirəm