DAHA BIR TARIXI FAKT.BUTOV AZERBAYCAN DEYENLER NIYE SIMAL ERAZIMIZIN TARIXI HEQIQTLERINI BIZDEN GIZLEYIRLER?
Sərraf axtarıram,can bazarında,
Anın qiymətini verəsi olsun,
İgid axtarıram,qan bazarında,
Axan göz yaşının çarəsi olsun.
Axtardım,aradım nədəni nədən,
Nə ovu ov oldu,nə dəni nə dən.
Gör bumu həyatın nədəni,nədən,
İlanın qənimi balası olsun?
Bu yetim dünyada gözəl də qaldı,
Bu yetim dünyada göz əldə qaldı.
Qalan da bir bəxti gözəldə qaldı,
Qaldı qırx qazana çalası olsun.
Çoxları yalandan xoruzdandilar,
Toyuqlar saymadı,xoruz,dandılar.
Cücələr bir başqa xoruzdandılar,
Cücə də zəmanə cücəsi olsun.
Bir vusal təşnəsidi,bu,"Şıxheybət divanisi"
"Yol uzundu,yuk agirdi,keçmekeçdi imtehan".
Bir vusal təşnəsidi,bu Şıxheybət divanisi,
Yol uzundu,yuk agirdi,keçme.keçdi imtehan.
Seciləcək bir birindən,qara lama,ag lama,
Seciləcək bir birindən,qaralama,aglama.
Seciləcək bir birindən,qaralama aglama,
Yol uzundu,yük agirdi,keçməkeçdi,imtəhan.
Dərs almamis asi,fani bu dunyadan,köcme ha,
Dərs almamis Asif,ani,bu dunyadan,köcme ha.
Dərs almamis Asifani,bu dunyadan,köcme ha
Yol uzundu,yuk agirdi,keçmekeçdi imtehan.
Deyim zemanenin,gunun halini,
Indi atlar ölüb,it bayramidi.
Yeyib qudurubdu,dunya malini,
Ucuz bayramidi,şit bayramidi.
Gunah bulud olub,goylerden yagir,
Zerbesi şiddetli,yarasi agir.
Haqsiz at oynadir,haqlilar fagir,
Bire bayramidi,pit payramidi.
Heyalar tapdanib,yeyibler ari,
Kişilik azalib,yaribayari,
Qadinlarin yox eyninde paltari,
Çılpaq bayramidi,lut bayramidi.
İnsanlar qirilir,qaynayir ocaq,
Elə ki,açırsan,ekranda ancaq,
Nə mərifət qalib,nə də qanacaq
Çəpik bayramıdı,fit bayramıdı