nazligul1's blog

nazligul1
35, Baku, Азербејџан

http://www.facebook.com/pages/Birgeaz/216361321789349?ref=tn_tnmn


01.01.2012

QOC
(21 Mart-20 Aprel)


Sözündə durmağı bacarmayan,özünə güvəni olmayan şəxsiyyət. Həyat boyu mütləq kimsə onu qabağa itələyəcək.Bütün ev quşları , ana quzuları adətən bu bürcdən çıxır. Bunun sevgisi də bir işə yaramaz. Daha çox gizli sevir. Yoxdur ki cəsarət deyilən şeyin zərrəsi bunda gedib söyləsin sevgisini. Deyəkki bir möcüzə oldu birtəhər etiraf etdi və siz də bir səhv edib buna bağlandınız. Əgər dəli-dolu, həyatla əylənən, eşqdə həyəcan axtaran biri isəniz bitdiniz siz. Duyğusaldır bu qoçlar. Darıxdırıcıdır. Hər an ah çəkməyə meyillidir. Ona bir şeyi min dəfə başa salın yenə anlamaz. Bir də anlamış kimi davranıb və sonunda anlatdığınız şeyin tam tersinə hərəkət…


28.10.2011

Ramiz Rovsen AYRILIQ

Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.

Aradan nə qədər il keçib görən,

- Tanıya bilmədim, məni bağışla.

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla!

"Ölmədim" deyirəm, nə bilim axı,

- Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz ölmüşəm elə.

Bəlkə də, biz onda ayrılmasaydıq,

Nə mən indikiydim, nə sən indiki,

- Ayrıldıq, şeytanı güldürdük onda;

Bu ilin, bu ayın, bu günündəki,

Elə bu küçənin bu tinindəki

məni də, səni də öldürdük onda. ...

Sağımız-solumuz adamla…


28.10.2011

HUSEYIN CAVID GORMEDIM

Bilmədim, uydum şu məcnun könlümün fəryadinə,

Eşqə dil verdim, bəladən başqa bir şey görmədim.

Ruhi-məcruhum gözəllərdən vəfa bəklər yenə,

Bən hənuz əsla cəfadən başqa bir şey görmədim.

Görmədim əsla dikənsiz gül, qaranlıqsız işıq,

Həp visali daima təqib edər bir ayrılıq,

Söyliyorlar: “Daim zevqi-səadət var”, yazıq!

Seyr edib boş iddiadən başqa bir şey görmədim.

Gördüyüm hər müztərib simayə duydum mərhəmət,

Yarə, həm əğyarə yar oldum da, sevdim bicihət;

Aşina zənn etdiyim hər yüzdə heyhat!..

Aqibət Boş təməllüqdən, riyadən başqa bir şey görmədim.

Hər məhəbbət bir xəyanət, hər gülüş bir hiylədir.

Hər…


Murdar kimə deyilir bilirsinizmi...?!

Sənsiz nəfəs ala bilməm deyiptə başqasıyla nəfəs nəfəsə qalana deyilir. Rəhbəri qızla dolu olub 3-4 qızla eyni anda danışana deyilir. Yanında sevgilisi varkən gözləriylə başqa qızları yeyib bitirənə deyilir. Sevmədiyi halda gözünə baxıb sevirəm deyənə deyilir. Evdəyəm deyiptə başqasıyla küçədə olana deyilir. Namuslu, özünü sevəni axtaran amma buluncada qaçana deyilir. Sevgilisindən bir neçə saat cavab al bilməyincə başqa qızlarla danışana deyilir. Bir qıza bacı deyib fürsətini tutunca dodağına yapışana deyilir. Hə bir də bütün bunları yapıpta vəziyyətlərində adamlıqdan bəhs edənlərə deyilir.!
  sizce  murdar  kime  deyilir????
 


"Demək olarki, hər insanın həyatında "son"lar vardır...
Hər kəsin bir çiçəyi solmuş bir eşqi bitmişdir...
Və heç bir son gözlərdən axan yaşlara layiq olmamışdır...

Sən və ya o...
Biri mütləq buraxmışdır eşqi müdafiə etməyi, biri sevməyi
mütləq çox görmüşdür... Kimsə sevərək ayrılmaz...

Heç bir faktor sevərək ayrılmağa səbəb olmaz... "Sevərək Ayrılanlar"
yalandır... Mütləq bir şey sevginin qabağına keçmişdir və eşq bitmişdir...
Və kimsənin gözyaşı bitən bir sevginin arxasından tökəcək
qədər dəyərsiz deyil... Bitmişitir çünki bir şey, duyğular xüsusiyyətini itirmişdir...

Əgər "EŞQ" bitdisə;
- Ağlamanın,
- Qisas almağa işin,
- Şəkil, hədiyyə, məktub, mesaj, Vs... Ona dair heç bir şey buraxmayın,
- Özünüzə dönün, təkliyinizi sevin və onu yaşayın...

"Dağlar Ayağınıza Gələrkən,…


Nə vaxtsa başa düşəcəksən ki,həyatda heç vaxt xəyanət etməyən insanlar da olur.Elə insan ki,ona həmişə güvənə bilərsən, heç vaxt sənə arxadan zərbə vurmaz.Amma buna görə çoxlu xəyanətlərdən keçməli olacaqsan.




Nə vaxtsa başa düşəcəksən ki,xarici parıltı-daxili alovun qarşısında heç nədir.Çünki xaricdə olan nə varsa bir gün yağış damcılarının altında yuyulub gedəcək.Daxildə olan alov həmişə yanacaq.Lap kiçik bir közü qalsa da-onu üfürsən yenidən alışacaq və səni isidəcək.Amma bunu başa düşənəcən çox aldanmalı olacaqsan.

Nə vaxtsa başa düşəcəksən ki,həyatın boyu rastlaşdığın formulların,aforizmlərin çoxu boşdur,mənasızdır,nə olsun ki gözəl səslənir.Adi söz yığınından başqa bir şey deyil.Ancaq o həqiqətlər vacibdir ki,sən ona özün çatmısan,öz gücünə güvənərək.Amma…




Blog
Blogs are being updated every 5 minutes