Mavi gözlü insanların ulu babası eyni insanmış..
37, Baku, Азербејџан

Elm adamlarının etdiyi yeni bir araşdırmanın nəticələrinə görə, mavi gözlü bütün insanların tək, ortaq bir ulu babası var!Elm adamları, mavi gözlü olmağa gətirib çıxaran genetik bir mutasiyanı araşdıraraq, bu genin insanlarda ilk meydana çıxması hadisəsinin günümüzdən 6 min ilə 10 min il qabaq reallaşdığını açıqladı."Mutasiya, saç, bədən və göz rəngimizi təsir edən melanin hüceyrəsinin istehsal edən OCA2 adlı genə təsir edərək, boz rengli gözlü olmağa maneə törətdir ( yəni bu genin təsiri olmasaydı mavi rəngli gözlər yox məhz boz rəngli gözlü insanlar mövcud olacaqdı ) " şəklində danışan Danimarkalı alim Eiberg, qrupuyla bu genin izini axtardı.İordaniya, Danimarka və Türkiyədə etdikləri araşdırmaların nəticələrinə görə, mutasiyaya gətirib çıxaran genetik vəsait qadınlardan gəlir, bu da mənşəyinin araşdırılmasını asanlaşdırır.Araşdırma sonunda öyrəndiklərini Eiberg belə izah edir: "Danimarkadan, İordaniyaya qədər araşdırdığımız insanların hamısında eyni genetik dəyişmə xüsusiyyətləri vardı və hamısı eyni təməl mutasiyanın izlərini daşıyırdılar.""800dən çox adam üzərində etdiyimiz araşdırmalarda yalnız bir adam fərziyyələrimizə uyğun gəlmirdi, çünki mavi gözlərinin içində tək bir boz rəngli nöqtə vardı""Bütün bunlardan çıxardığımız nəticə, mavi gözlü insanların hamısının tək və ortaq bir ulu babadan yarandığı istiqamətində"Avropadan başlayaraq genetik dəyişmənin bütün dünyaya yayıldığını söyləyən Eiberg, "Gerçək sual, yalnız 10 min il əvvəl Dünya üzərində kimsənin gözləri mavi deyilkən, indi az qala Avropanın 40 % a yaxını necə mavi gözlü olur?" deyir və öz sualına açıqlıq gətirir:"Bu gen, insanlıq üçün də yaxşı bir şey edir. Bu genə sahib olan insanların daha çox uşaq sahibi olmasını təmin edir."

2 views
 
Коментари

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes