VAR OLAN SEVGILER
37, Baku, Азербејџан

Dalğa ilə sahilin sevgisini bilirsənmi?Əvvəlindən baslayıb,sonsuzluğaa gedən dalğa, həmişə sevgiyə qovuşma həsrətiylə atılar sahilə.Dalğa sevən, sahil seviləndir.Toxunar barmaqlarının ucuyla sevdiyinə dalğa və dönər həmişə geriyə, bilər qovuşmayacağını amma həmişə can atar sahilə.Hər bir toxunuşda sevgisinə verər bədənini hesabsızca..Mən də səni belə sevirəm ...Bilirsənmi dağ başında açan uçurum çiçəklərini?Bilirlər görünməyəcəklərini... Sevilməyəcəklərini...Oxşanmayacaqlarını...Amma açarlar inadla,sevgiylə,həsrətlə.Həmişə gözləyərlər gəlməyəcək sevgilinin onu qucaqlamasını.Mən də səni belə gözləyərəm ...İpəkqurdunun sevgisini bilirsənmi?Onun baramasının içində hördüyü o ipə olan sevgisini.Bilir o,hördüyü ipin özünün ölümü olacağını.Amma sevgisinə fəda edir özünü.Qurban verir özünü sevgisinə qorxusuzca.Mən də özümü belə verərəm sənə ...Ağac ilə meyvəsinin sevgisini bilirsənmi?Meyvəsini verməlidir ağac yenidən sevmək üçün.Elə çətindir ki, ayrilmaları.Bununla belə verər meyvəsini ağac.Meyvə toxum olar, toxum kök olar və yenidən var olar ağac,öz meyvəsindən.Mən də belə yox olmağı gözə aldım, təkrar sənlə var olmaq üçün.Bülbülün sevgisini bilirsənmi?Qızıl qəfəsdəki bülbülün heç nə ilə müqayisə olunmayacaq qədər bitib-tükənməyən sevgisini.Mənim də sənə olan sevgim heç nə ilə müqayisə olunmayacaq qədər əbədidir....

12 views
 
Коментари

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes