Suleyman peygember ve...
39, Baku, Азербејџан

ağcaqanad bağçadan, çəmənlikdən uçub-gəldi. Süleyman peyğəmbərdən ədalət istədi.

Həzrəti Süleyman dedi:

-E -Ey insaf istəyən, ədalət axtaran! Kimdən şikayət edirsən? Kimə qarşı haqq axtarırsan? Söylə!

Ağcaqanad:

-M -mənim şikayətim və ədalət istəməyim küləkdəndir. O, iki əlini də bizə zülm etmək üçün açdı,- dedi.

Həzrəti Süleyman:

- Ey səhər küləyi!- deyə səsləndi. – Ağcaqanad sənin zülmündən şikayətçidir. Dərhal buraya gəl!

Külək Həzrəti Süleymanın əmrini eşitcək güclü əsərək gəldi. Ağcaqanad da dərhal qaçmağa başladı.

Həzrəti Süleyman:

- Ey ağcaqanad! Hara gedirsən? – dedi. – Dayan ki, hər ikiniz haqqında hökm verim!

Ağcaqanad:

- Ey padşahım! – dedi. – Ölümümün səbəbi ona görədir, bu günümün belə qaranlıq olmasının səbəbi onun dumanıdır.

O gələndə mən necə dayana bilərəm? O mənim kökümü qazaraq məni yox edib gedər.

O vüsal, o qovuşma ölümsüzlük içində ölümsüzlük, varlıq içində varlıqdır. Lakin əzəldən o varlıq yoxluq içində təcəlli edərdi.

Nur axtaran kölgələr nur zühur edəndə yox olarlar.

Aşiq başını verəndə ağlı qalarmı? Hər şey həlak olar, gedər, ancaq onun həqiqəti qalar.

Haqqın hüzurunda var da yox olar, yox da, yoxluq da, varlıq da. Əslində, təəccüblənəcək şey də budur!

Hüzur da, ağıllar da əldən gedər. Qələm də bu bəhsə gəldikdə qırılıb-qalar.


Yazan: Glade. Tesekkurler ona

28 views
 
Коментари
SEDA 15.06.2010

*THUMBS UP*

SeNaToR SeNaToR 15.06.2010

*YES* tesekkurler oxudugun ucun :-)

Blog
Blogs are being updated every 5 minutes