09.05.2010
Nəfs
39, Baku, Азербејџан

Özünə gəl! Qarğaya bənzəyən nəfsinin arxasınca qaçma! Çünki o səni bağ-bağçaya deyil, qəbiristanlığa aparar.

***

Nəfs ağıl sahibini necə aldadır?

Bu sualın cavabını Mövlana çox maraqlı bir misalla açıqlayır:

-Bir milçək bir gün dəniz kənarında bir yerə qonur. Ətrafını seyr edərkən içində yüzlərcə adam olan nəhəng bir gəmi və bu nəhəng gəmini də bir şəxsin, yəni kapitanın idarə etdiyini görür.

Böyük bir heyrət və təəccüblə öz-özünə belə deyir:

-Bu nə əcaib şeydir? Içində yüzlərcə adam olan bu nəhəng gəmini bir nəfər necə idarə edir?

Bir müddət sonra yenə eyni milçək yol üzərindəki palçıqda bir ulağın nal izinə toplanmış sidik yığıntısı üzərində bir saman çöpü görür. Milçək bu saman çöpünün üzərinə qonur və onu sola-sağa çevirməyə başlayır, sonra da öyünərək belə deyir:

-Bir az əvvəl mən o biri şəxsin idarə etdiyi gəmiyə heyrət etmişdim. Amm indi eyni şeyi mən də edirəm!

Yazıq milçək özünü də bir dənizdə böyük bir gəmini içindəki insanlarla birlikdə idarə etdiyini sanaraq əzilib-büzülür, qürurlanır.

Hansı ki, gəmi hesab etdiyi saman çöpü, dəniz hesab etdiyi nal izinə toplanmış sidik, kapitan hesab etdiyi isə özü, yəni balaca milçəkdir.

Beləliklə, özünü yaradan sanan və ilahlığını elan edəb yazıq insanların vəziyyəti də buna bənzəyir.


***


Nəfs bir sehrbazdır. Onun vəsvəsələrində gizli bir sehr vardır.

Nəfs bir əjdahadır. Ona hakim olmayan firon olar.

Nəfs bir bütdür. Elə bir büt ki, digər bütlər də bu bütlərdən doğulmuşdur. Bütü qırmaq asandır, lakin nəfsi asan bir şey hesab etmək böyük bir cahillikdir.

Mövlana belə nəql edir:

-Uca Yaradan öz nurundan ağılı yaratdı. Sonra ona “Gəl!” dedi. O da dərhal gəldi. “Get!” dedi. O da əmrə tabe oldu və getdi. Daha sonra da “Sən kimsən, Mən kiməm?” deyə soruşdu.

Ağıl bu suala bu cavabı verdi:

-Sən mənim Rəhim olan Rəbbimsən. Mən isə Sənin aciz qulunam.

Bu cavabdan sonra Rəbbimiz “Ey ağıl! Səndən daha əziz bir varlıq yaratmadım” buyurdu.

Daha sonra Allah atəşdən nəfsi yaratdı. Ona “Gəl!” dedi. Nəfs bu əmrə tabe olmadı.

Uca Yaradan ondan da soruşdu:

-Sən kimsən, Mən kiməm?

Nəfs bu suala “Mən mənəm, sən sənsən!” deyərək cavab verdi.

Uca Allah nəfsi atəşə ataraq cəzalandırdı və yenidən soruşdu. Ancaq cavab dəyişmədi. Nəfs yenə “Mən mənəm, sən sənsən!” dedi.

Allah-Taala bu dəfə nəfsi ac və susuz saxladı. Aclıqdan sonra yenə “Mən kiməm, sən kimsən?” deyə soruşdu.

Nəfs yalnız aclıqdan və susuzluqdan sonra doğru danışdı:

-Sən mənim Rəhim olan Rəbbimsən, mən də sənin aciz qulunam.


***


Atı ilə səyahət edən bir şəxs yatan birinin açıq qalmış ağzına bir ilan girdiyini gördü. Atını sürətlə çapdı, amma həmin şəxsə çata bilmədi. Gəlib çatanda isə ilan tam olaraq onun ağzına girmişdi.

Dərhal onu oyandırdı. Onun kefi pozulmuş və narahat olmuşdu. Ancaq itirələcək vaxt da yox idi. Onu zorla, hətta sürüyərək bir alma ağacının altına gətirdi.

Ağacdan tökülmüş çürük almaları zora ona yedizdirdi. O, atlının əlindəki toppuzun qorxusundan hər istədiyini məcburən edirdi.

Zorla yediyi almalardan sonra sıra qaçmağa gəlmişdi. Yenə təhdid edərək “İndi sıra qaçmağa gəldi. Haydı, dayanma!” dedi.

O, can qorxusu ilə qaçmağa başladı. Təbii ki, bu əsnada ürəyi bulandı və qusdu.

Sanki içi çölünə dönmüş, mədəsindəkilər olduğu kimi çölə çıxmışdı.

O şəxs qusmağı içində nəhəng bir ilanın da olduğunu görüncə birdən sevindi. O ana qədər hirsləndiyi və lənət oxuduğu atlıya min kərə şükr etdi.

Mövlana yatan şəxsi qəflət yuxusunda olanlara bənzədir. Xəbərdar edən atlı isə peyğəmbərlər və vəlilərdir. İlan hər zaman pisliyi əmr edən nəfsdir. Atlının o şəxsi döyməsi, çürük alma yedizdirməsi və qaçdırması isə irşad edən insan üçün tətbiq etdiyi tərbiyə üsuludur. Bütün bu səylərin sonunda ağızdan ilan çıxması isə nəfsin hakimiyyətindən qurtulmaqdır.

Bütün bu çətin və acı işlərə nə üçün ehtiyac var?

Bu suala cavab olaraq Mövlanın bir cümləsi kifayətdir:

-Kal noxudun bişməsi üçün qaynar suya atılması lazımdır.

Mövlana kal noxudun yetkinləşməsi hekayəsini belə anladır:

-Bax! Noxud qazanda atəşin təsiri ilə necə yuxarıya doğru sıçramağa başlayar. Qaynayarkən daima yuxarı çıxar, fəryad edər, yüzlərcə coşqunluq göstərər: “Niyə məni atəşə atıb qaynadırsan? Məni satın aldın, nə üçün məni bu hallara qoyursan?” deyər.

Noxudu bişirən qadın da çömçə ilə vurub deyər ki: “Səni qaynadıram, amma bu mənə nifrət etməyin üçün deyil, dadlanmağın üçündür. Qida halına gəlməyin, cana qarışmağın üçündür. Yəni bu atəş imtahanı səni xor görmək üçün deyil.

Bağçada sular içdin, yaşıl və təzə hala gəldin. O su içməyin bu atəşə düşməyin üçündür. Allahın rəhməti qəzəbindən irəlidir. Onun rəhməti ilə sən bəlaya (imtahana) düşərsən”.


Müəllifi: Glade

9 views
 
Коментари

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes