16.09.2010
Oyrendimki....
39, Baku, Азербејџан

Sonsuz bir qaranlığın içindən anadan olmuşam.
İşığı gördüm, qorxdum.
Ağladım..

Zamanla işıqda yaşamağı öyrəndim.
Qaranlığı gördüm, qorxdum.
Gün gəldi sonsuz qaranlığa uğurladım sevdiklerimi ...
Ağladım.
.

Yaşamağı öyrəndim.
Doğumun, həyatın bitməyə başladığı an olduğunu;
aradakı hissənin, ölümdən oğurlanan zamanlar olduğunu
öyrəndim..

Vaxtı öyrəndim.
Yarışdım onunla ...
Zamanla yarışılmayacağını,
zamanla barışılacağını, zamanla öyrəndim ...

İnsanı öyrəndim.
Sonra insanların içində yaxşılar və pislər olduğunu ...
Sonra da hər insanın içində
yaxşılıq və pislik olduğunu öyrəndim.


Sevməyi öyrəndim.
Sonra güvənməyi ...
Sonra da güvənin sevgidən daha qalıcı olduğunu,
sevginin güvənin möhkəm zəmini üzərində qurulduğunu
öyrəndim.


İnsan bədənini öyrəndim.
Sonra bədənin altında bir ruh olduğunu ...
Sonra da ruhun əslində bədənin üstündə olduğunu

öyrəndim.

Kainatı öyrəndim.
Sonra kainatı işıqlandırmanın yollarını öyrəndim.
Sonunda kainatı işıqlandırmaq üçün əvvəl ətrafı işıqlandırmanin
Lazım olduğunu öyrəndim.

Çörəyi öyrəndim.
Sonra barış üçün çörəyin bolca çıxarılması lazım olduğunu.
Sonra da çörəyi haqqca üleşmenin, bolca çıxarmaq qədər
əhəmiyyətli olduğunu öyrəndim.

Oxumağı öyrəndim.
Özümə yazını öyrətdim sonra ...
Və bir müddət sonra yazı, özümü öyrətdi mənə ...

Getməyi öyrəndim.
Sonra dayana bilməyib dönməyi ...
Daha sonra da, özümə baxmayaraq getməyi ...

Dünyaya tək başına meydan oxumağı öyrəndim gənc yaşda ...
Sonra izdihamlarla birlikdə getmək lazım olduğu fikrinə gəldim.
Sonra da əsl gedişin izdihamlara qarşı olması lazım olduğuna bildim.

Düşünməyi öyrəndim.
Sonra qəliblər içində düşünməyi öyrəndim.
Sonra sağlam düşünmənin qəlibləri yıxaraq düşünmək
olduğunu öyrəndim.

Namusun əhəmiyyətini öyrəndim ...
Sonra məhrumdan namus gözləmənin namussuzluq olduğunu;
gerçək namusun, günah əlinin altındaykən, günaha əl
sürməmək olduğunu öyrəndim.

Gerçəyi öyrəndim bir gün ...
Və həqiqətin acı olduğunu ...
Sonra dozasında ağrının, yeməyə olduğu qədər həyata da
"Ləzzət" qatdığını öyrəndim.

Hər canlının ölümü dadacağını,
amma yalnız bəzilərinin həyatı dadacağını öyrəndim.

Mən dostlarımı nə ürəyimlə nədə ağlımla sevirem.
Olur ya ...
Ürək durur ...
Ağıl unudar ...
Mən dostlarımı ruhumla sevirem.
O, ne durar, ne de unudar...

Movlana Celaleddin Rumi

21 views
 
Коментари
mmmat 18.09.2010

deyerli ve menali .dusundurucu sozlerdir.tesekkur

SeNaToR SeNaToR 18.09.2010

tesekkurler deyerlendirmeniz ucun

Cəsur 17.09.2010

tewekkurler
bawa duwencun menali duwmeyencun menasiz gorune biler

SeNaToR SeNaToR 18.09.2010

Duz deyirsen qardas. Tesekkurler oxuyub deyerlendirdiyin ucun

SEDA 17.09.2010

!!!!!!!!!!!!!!!!!!!!!!!! (6)

SeNaToR SeNaToR 18.09.2010

Men deyilem. Mövlanadir deyen ))

Blog
Blogs are being updated every 5 minutes