26.01.2011
...........
35, Moscow, Русија

Bir nəfər Mövlananın yanına gəlir və deyir:
- Ya Mövlana, mən ölümdən elə qorxuram ki. Hər dəfə bu haqda söhbət düşəndə canıma vəlvələ düşür. Artıq yaşlanmışam, mənə elə şey öyrət ki, ölümdən bu qədər qorxmayım.
Mövlana o şəxsə deyir:
- İnsan haranı abad edirsə, orada qalmaq istəyir. İnsan bərbad elədiyi yerə getmək istəməz. Sən ölümü sevmək üçün axirətini abad eləməlisən. Bunun da yolu hər cür imkanını Allah yolunda sərf etməkdən keçir. Allah yolunda bir şey sərf edirsənsə, onun mükafatını qat-qat artığı ilə görəcəksən. Bu dünya axirətin tarlasıdır, burada nə əkdinsə, orada əkdiyinin meyvəsini dərəcəksən.
Ölümü sevmək üçün gərək axirəti düşünəsən. Allah qorxusu ilə Onun yaratdıqlarına mərhəmət göstərəsən, insanlarla xoş davranasan, əl tutasan, dada yetəsən, könlünə mərhəmət, xeyirxahlıq duyğusu hakim ola, ürəyin yumşala... O zaman ölüm sənin üçün o qədər vahiməli və qorxunc olmaz..

91 views
 
Коментари
SeNaToR 26.01.2011

Mövlana Celaleddin Rumi. Men onun yazilarini bir Fanat kimi oxuyuram her kelimesi qizil ama anlamaz onu her agil. Ellerine ureyine sagliq gözel xatirlatma ibretamiz bloqun ucun +5

SEDA SEDA 27.01.2011

*HI*

Kenshido 26.01.2011

Ibretamiz sozlerdir.Movlananinda dediyine emel etmek onun meslehet gorduyu kimi yashamaq cox cetindir.Ela bloqdu. Allah razi olsun

SEDA SEDA 27.01.2011

Cox saqolun

Blog
Blogs are being updated every 5 minutes