15.11.2011
  VARSA...
35, Moscow, Русија

Gəl mənim canımı al bircə günahım varsa,
Qeyri bir şuxi-sitəmkarə nigahım varsa.

Sənsən, ey gül, məni hərçənd ki qovğayə salan,
Xar olum səndən uzaq özgə pənahım varsa.

Açılan hər səhərim sənlə açılsın, daim,
Olmasın sənsiz əgər bircə sabahım varsa.

Ləşkəri-qəmlə döyüşlərdə səbrdir silahım,
Güllə dəysin mənə bir ayrı silahım varsa.

Qarə bəxtimdən axı mən nə şikayət eləyim,
Sən kimi bir qarağöz, zülfi-siyahım varsa.

Qurusun qoy dilim ağzımda, tutulsun nitqim,
Özgə bir ləli-şəkərbarə təmahım varsa.

Axir nə qalır şükr eləməkdən başqa,
Eşq süfrəmdə “fəraq” adlı mətahım varsa.

39 views
 
Коментари
asifisrafilov 16.11.2011

Sensiz qaldim,qinama,cekmeye ahim varsa,
Varmi bir umid yerim,ac,o sabahim,varsa?

Sendin basimin taci,ureyimin sultani,
Tike tike parcala,bir ozge sahim varsa.

Uzum de bir,sozumde,niye qiydin,bilmedim...
Seni haqli sayardim,ozge cinahim varsa.

Yar yerine xar bagladin,gul yerine qaratikan,
Yalan artiq yerimez,ona agahim varsa.

SeNaToR 16.11.2011

*THUMBS UP* *THUMBS UP* *THUMBS UP* *OK*

SEDA SEDA 17.11.2011

*YES*

Blog
Blogs are being updated every 5 minutes