24.04.2016
POÇTALYON
30, Yasamal, Азербејџан

Pencəyinin sol cibində hələdə onun şəkli vardı,

Qızıl saçlı qadından ən sonuncu yadigardı.
Noyabr`ın küləkləri rəqs edirdi saçlarıyla
Xoşbəxtliyini uduzmuşdu, döyüşərkən acılarıyla.
O qatar stansiyası,onunla ilk görüş yeri,
O mavi gözləriylə gətirmişdi dənizləri.
Qara palto, dəri əlcəklər, və "Chanel" qoxusu,
İllərin yol yorğunu, gozləri yorğun, yuxusuz.
Solğun asfalt, aramla çırpınır yağış,
Yəqin onun taleyidə gozləri tək qaraymış.
Qadın getməli idi gələn bir sonraki qatarla
Gözləri ilə yalvarırdı aparma
Kişilər ağlamaz gedən qadının arxasınca,
Bir siqaret yandırlb, dərdi gömər ürəyinə.
Tüstüylə qalxar havaya yaşanmış onca illər,
Və xatirələri tüstü ilə birgə sovurar küləklər.
25 il eyni sözdü, bəlkə o gələr bugün
Bütün ağrılara dözdü, bəlkə o gələr bugün,
Həyatın ərmağanı: əllərində qırışlar
Qızıl saçlı, yağış gözlü, bəlkə o gələr bugün.
Gecələr gözyaşı, qan qusurdu hər səhər,
Azaltmırdı ağrıları, nə dərman, nə içkilər.
Bilirdi ki, bu uçurumların görünmür dibi,
Boş idi həyatı onun, poçt qutusu kimi.
Rəqs edirdi ruzigar zərif payız yarpağı ilə,
Dəqiqə başı bir siqaret sevişirdi barmağı ilə.
Titrətmə və isteriyalar qonaq idi gecələrinə,
Neçə xəyalı gömmüşdü Peterburq küçələrinə.
Neçə evi isitmişdi gətirdiyi məktublarla
Neçə sevgi etirafı, neçə əsgər yazısı
Neçə evə xoş xəbərlə bahar gətirən adamın,
İndi öz ömrünün gəlmişdi son payızı.
İllər sonra, həmin qadının ölüm xəbəri,
İki sevən ürək heçvaxt qovuşmamışdı.
İndi üsyan edirdi Tanrya axı o,
Bu taleyi yazarkən özündən soruşmamışdı.
25 il eyni sözdü, bəlkə o gələr bugün
Bütün ağrılara dözdü, bəlkə o gələr bugün,
Həyatın ərmağanı: əllərində qırışlar
Qızıl saçlı, yağış gözlü, bəlkə o gələr bugün.

4 views
 
Коментари

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes