QIZIM MƏLƏK ÜÇÜN
30, Yasamal, Азербејџан

Bu sözləri anlamağa başlayanda

Yadına düşməyəcək necə balaca idin
Sən 10 aylığşnda ilk addımlarını atanda
Mən sənnən kilometrlərcə uzaqda idim

Gözümün qabağında ötür anlar böyüyürsən
Bu dünyanın sevincisən özüdə böyüyündən
Sən həm ən kiçiyimsən həmdə ən böyüyümsən
Nədir ixtiyarımki çıxım sənin sözündən
Nə qədər çətin olsada gecələr oyanmaq
Çox xoşdur yatarkən başın üstə dayanmaq
Bu çox çətin peşədir valideyn statusu
Və bunu olmur sadəcə qazanmaq
Qızım bax ağlama götür bu oyuncağı
Bax o qırmızı yada gələ bu ağı
Mama gəlir gəl tez qaçaq gizlənək
Vay vay vay nə günə saldıq biz bu otağı
Sənin hər addımını sənlə bərabər bizdə
Atırıq dayanırıq əl çalıb alqışlayırıq
İnanılmaz və izah edilmız hisslərdir
Çox xoşbəxtik ki biz bu dünyada yaşayırıq

İnsanlar sevir qaçmağı olduğu zamandan
Ya önə ya geri bilmirəm bu nə adət
Məndə geri çönüb baxanda görürəm
Necə səninlə doldu ömrümə səadət
Nə hacət sözlərə əgər danışırsa hisslər
Bu həyatda iki cür indanlar var yaxşılar və pislər
Onları tanımaqçün sənə lazım olacaq bilki
İnsan qəlbini aynası sayılar gözlər
Çətindir ayaq üstündündə dayanmaq bunu mən
Yaşamışam bir neçə dəfə yıxılaraq
Əsas odur gərək elə yaşayasanki
Sonra danışmıyasan həyatını sıxılaraq
Görürsən məndə qabağa qaçıram indi
Səninlə böyük danışan kimi danışaraq
Adının çəkilməyi belə gətirir təbəssüm
İzah exilməz bir hizdir səninlə bu dünyada yaşamaq

2 views
 
Коментари

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes