Londondakı məscidə yeni bir imam göndərilmişdi. O, şəhərə getmək üçün
hər dəfə eyni avtobusa minir və çox zaman da eyni sürücü ilə
rastlaşırmış. Bir gün, bilet alarkən sürücü yanlışlıqla 20 qəpik artıq
qaytardı. İmam yanlışlığı oturub pulunu sayınca bildi. Öz-özünə "20
qəpiyi geri verimmi sürücüyə?" deyə düşünürdü. Amma içindən bir səs
deyirdiş ki "çox gülünc bir puldur bu və sürücünün vecinə də olmaz.
Avtobus şirkəti onsuz da çox pul qazanır... Sadəcə 20 qəpik onlara bir
şey etməz. Bu pulu saxlaya bilərəm" deyə düşünmüş, “Allahdan gələn bir
hədiyyə, lütf kimi”...
Düşəcəyi dayanacağa çatanda, imam qalxdı və fikrini dəyişdirdi, enməmiş
sürücünün yanına gedib, 20 qəpiyi geri verdi və dedi ki: "Pulu artıq
vermisiniz."
Sürücü gülümsədi və cavab verdi: "Siz məscidin yeni imamısınız, elə
deyil mi? Əslinda uzun zamandır sizi məscidinizdə ziyarət etmək
istəyirdim, islamı öyrənmək üçün. Bu səbəbdən bilərək sizə pulunuzu
artıq qaytardım. Necə reaksiya verəcəyinizi öyrənmək istədim."
Avtobusdan düşərkən imam artıq ayaqlarını hiss etmirdi , yerə
yıxılacaqdı, bir dirəkdən tutundu və özünə gəlməyə çalışdı. Gözlərindən
yaşlar tökülərək dedi:
Allahım, az qala İslamı 20 qəpiyə satırdım.
There are no comments yet.
Leave your comment, start the discussion!