Amerikalı hərbçilərin Fəllucədə cinayətlərinə dair yeni sənədlər ifşa olunub
49, Moscow, Русија

Amerikalı hərbçilərin Fəllucədə cinayətlərinə dair yeni sənədlər ifşa olunub
(Səhər TV)-Yeni sənədlərdən aydın olur ki, amerkalı hərbçilər İraqın Fəllucə şəhərində mülki vətəndaşlara qarşı qadağan olunmuş silahlardan istifadə ediblər və təxminən bu şəhərdə 6 min nəfərin ölümünə səbəb olublar.

Yaxınlarda dünyanın bəzi telekanalları, o cümlədən İtaliyanın Ray televiziya kanalı vasitəsi ilə "Sönmüş qətliam" adı ilə yayımlanan sənədli filmdə amerikalı hərbçilər tərəfindən 2004-cü ildə Fəllucə əhalisinin kütləvi qırğın olunması və onların əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə olunması lentə alınıb.

2004-cü ildə Fəllucədə mülki vətəndaşların kütləvi şəkildə qırğını ABŞ-ın o vaxtkı prezidenti Corc W.Buş göstərişi ilə həyata keçirildi.

Bu sənədli filmdə müəyyən olur ki, amerikalı hərbçilər Fəlucədə mülki vətəndaşlara qarşı gücləndirilmiş napalmdan və ağ fosfordan istifadə ediblər.

Amerikalı hərbçilər bu sənədli filmdə mülki vətəndaşlara qarşı kütləvi qırğının həyata keçirildiyini etiraf ediblər.

Bu elə bir şəraitdədir ki, amerikalı və qərbli medialar 2004-cü ildə Fəllucədə kütləvi qırğının törədilməsinə dair sənədlərin yayımlamaq hüququndan məhrum olunmuşdular.

2004-cü ildə Amerika qüvvələrinin Fəllucədə keçirdikləri əməliyyatında təxminən 50 min ev dağıdılıb və bu şəhər əhalisinin təxminən üçdə ikisi öz evlərini tərk etməyə məcbur olub.

Dünyanın müxtəlif bölgələrində qadağan olunmuş silahlardan istifadənin olunmasına dair ABŞ-ın hərəkəti elə bir haldadır ki, bu ölkə Kimyəvi Silahların Genişlənməsinə qarşı Qadağa sazişinə üzvdür və bütün öz qadağan olunmuş silaharını məhv etmək üçün öhdəlik götürüb.B-6

7 views
 
Коментари

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes