Tehran Gülüstan və Türkmənçay müqavilələrinə yenidən baxa bilər
49, Moscow, Русија

22.12.11 12:40


Tehran Gülüstan və Türkmənçay müqavilələrinə yenidən baxa bilər

Səhər TV-Azərbaycan Respublikası hökumətinin Qərbin siyasətləri əsasında nizamlanan anti-İran hərəkətlərinin genişlənməsinin ardınca, İran İslam Respublikası parlamenti-İslam Şurası Məclisinin bir qrup üzvü Bakıya xəbərdarlıq edib ki, bu vəziyyətin davam edəcəyi təqdirdə rüsvayçı Gülüstan və Türkmənçay müqavilələrinin yenidən araşdırılması üçün bir qanun layihəsi hazırlayacaqlar.

Azərbaycan vilayətlərinin o cümlədən Ərdəbil, Təbriz və Urmiyə vilayətlərinin İran İslam Şurası Məclisindəki nümayəndələri bir layihə hazırlayıblar ki, ona əsasən Azərbaycan rəsmilərinin Münafiqlər və əksinqilabçılara sığınacaq verəcəkləri təqdirdə, İslam Şurası Məclisində rüsvayçı Gülüstan və Türkmənçay müqavilələrinin araşdırılmasına start veriləcək.
İslam Şurası Məclisində belə bir layihənin araşdırılması xəbərini Urmiyə əhalisinin parlamentdəki nümayəndəsi verib. Nadir Qazipur Bakının anti-İran hərəkətlərinə və Bakı rəsmilərinin Münafiqlər və əks-inqilabçılara sığınacaq vermək üzrə səylərinə işarə edərək, deyib: İran Azərbaycanı istənilən anti-İran və əks-inqilabçı hərəkətlər qarşısında müqavimət göstərəcək.
Qazipur əlavə edib: Azərbaycan Respublikası bir neçə ildir ki, zahirdə müstəqil olub. Və əgər rüsvayçı Gülüstan və Türkmənçay müqavilələrini yenidən araşdırsaq, Azərbaycan ərazisi İslami İrana aiddir. Lakin, indiyə kimi sükut etməyimizin səbəbi Azərbaycan Respublikasının müsəlman xalqına görə olub. Rüsvayçı Türkmənçay müqaviləsi 1828-ci ilin əvvəllərində rusların İrana hücum etməsinin ardınca ləyaqətsiz Qacar şahlarından birinin yəni, Fətəli Şah Qacarın hakimiyyəti dövründə İrana qəbul etdirildi. Bu müqavilə əsasında İranın Qafqazdakı əraziləri o cümlədən İrəvan və Naxçıvan xanlıqları Rusiyaya verildi. Və İran məcburi şəkildə Mazandaran dənizində gəmiçilik haqqını itirmiş oldu. Həmçinin, Rusiyaya 10 kror tümən pul ödəməyə məcbur edildi.
Elə bu müqaviləyə əsasən Rusiya Qacar sülaləsindən olan vəliəhd Abbas Mirzənin şahlığını müdafiə edəcəyi haqda üzərinə öhdəlik götürdü. Tarixi sənədlərdən aydın olur ki, hicri qəməri tarixi ilə 1310-cu il zihəccə ayının 23-də yəni Nasirəddin Şahın terror edilməsindən 3 il öncə İranın o zamankı şahı və çar 3-cü Aleksandr bir-biriləri ilə müzakirə apararaq, sonda Türkmənçay müqaviləsinin bir çox bəndlərini ləğv etdilər. Bir neçə səhifədən ibarət olan bu anlaşma heç bir ada malik deyil və tarixdə onun barəsində çox az məlumat var. Bu sənədin tezliklə Gülüstan Saray Muzeyində təqdimatı olacaq.
Qazipur azərbaycanlılar və azərilərin İslami İranın bir qarış torpağını belə bütün dünyaya dəyişməyə hazır olmadıqlarını vurğulayaraq, deyib: İslami İran azərilərinin Azərbaycan rəsmilərinin fitnələrinə cavabı proqnoz ediləsi olmayacaq. Buna görə də, Azərbaycan rəsmilərinə tövsiyə edirəm ki, özlərini hörmətdən salmasınlar və bundan artıq anti-İran və anti-İslam fitnələrdə iştiraka malik olmasınlar.
Urmiyə əhalisinin İran İslam Şurası Məclisindəki nümayəndəsi Bakının İrana qarşı hərəkətlərinin səbəbləri haqda isə dedi: ABŞ və İsrail rejimi Azərbaycan xalqının vahid xalq və şiə olmasına görə, Bakı-Tehran əlaqələrinin genişlənməsindən qorxurlar. Buna görə də, bu ölkə hakimiyyətində malik olduqları nüfuzdan istifadə edərək, İrana qarşı siyasi şantajlara əl atırlar və Azərbaycana öz islami potensialından müsəlman dünyası və İslam Ümməti üçün istifadə etməsinə imkan vermirlər.
O, əlavə edib: ABŞ və İsrail rejimi çalışırlar ki, Qərb təfəkkürünün təsiri altına düşmüş Azərbaycan hökuməti mümkün olduğu qədər İran ilə əlaqələrə malik olmasın. Və 2 ölkə arasındakı dostluq körpüsü uçurulsun.
Deputat Bakı rəsmilərinə tövsiyə edib ki, öz rəftarlarında ayıq olsunlar və dostların seçilməsində diqqətli rəftar etsinlər. Çünki, bundan öncə ABŞ və İsrailin kənarında olan dövlətlər o cümlədən Misir, Liviya və Tunis indi məhv olublar.
O, sözlərinin davamında vurğuladı: İndi Amerika regionda öz mövqeyini belə müəyyənləşdirməyə qadir deyil. Onda qalmışdı 2 qonşu ölkənin münasibətlərinə müdaxilə edə. Buna görə də azərbaycanlılar İranın mövqeyini və təsirli diplomatiyasının qüdrətini dərk etməlidirlər. Və bilməlidirlər ki, bu gün dünya İrana və İranın sülhsevər dostluq düşüncəsinə təslim olub.
İran İslam Şurası Məclisinin üzvü əlavə edib: Yaxın Şərq ölkələrindəki İslami Oyanışı nəzərə alaraq, Amerika qorxur ki, məbada Azərbaycan da İrana olan tərəfkeşliyini İslami Oyanış formatında nümayiş etdirsin. Buna görə də, çalışır ki, İran-Azərbaycan əlaqələrinə zərbə vursun.
Millət Vəkili hüquqi baxımdan Türkmənçay müqaviləsinin araşdırılması imkanı ilə bağlı sualın cavabında deyib: Biz keçmişə qayıtmaq və İranın hansı hüquqlara malik olduğunu demək istəmirik. Lakin, keçmişdə İrana hakim kəsilmiş zalım rejimlər tərəfindən bəzi müqavilələr İrana qəbul etdirilib ki, bu müqavilələrdə İran xalqının bir çox haqq və hüququ qarşılıqsız şəkildə digər ölkələrə təqdim edilib.
O, daha sonra dedi: Əgər Azərbaycan Respublikası İran ərazisinə qarşı torpaq iddiasında olarsa, bunu unutmamalıdır ki, İran İslam Respublikası öz qanuni hüquqları çərçivəsində onlardan daha çox iddiaya malikdir və millət vəkilləri elə işlər görə bilərlər ki, onlar öz səhvlərini başa düşsünlər.
İran parlamentinin üzvü belə bir layihənin İslam Şurası Məclisində araşdırılması məsələsinə gəlincə isə deyib: Rəsmi Bakı son bir neçə ayda bir çox böyük səhvlərə yol verib. Bu səhvlərdən biri bir neçə həftə öncə iranlı jurnalisti Azərbaycan Respublikası ərazisindən çıxartması olub.
İranlı millət vəkili Bakının digər səhvini Azərbaycan Respublikası hökuməti tərəfindən İmam Hüseyn(ə) əzadarları tərəfindən matəm mərasimlərinin keçirilməsinə məhdudiyyətlərin tətbiq edilməsi adlandırıb və deyib: Bu səylərlə yanaşı, Azərbaycan Respublikası hökuməti münafiqlərə bu ölkənin sərhəd məntəqələrində sığınacaq vermək niyyətindədir. Bu yolla İran İslam Respublikası qarşısındakı inadkarlığını nümayiş etdirmək istəyir.
O, rəsmi Bakının digər səhvlərindən birini İran vətəndaşlarının Azərbaycana səfərlərini məhdudlaşdırması adlandırıb və deyib: Keçmişdə bu kimi hərəkətlərə rast gəlinmirdi. İndi isə, Azərbaycan Qərbin siyasətləri çərçivəsində İran qarşısında bu kimi mövqe sərgiləyir.
İran İslam Şurası Məclisinin hüquq və məhkəmə işləri komissiyasının üzvü bu layihənin preventivliyi haqda isə deyib: Bu layihə hazırda mütaliə mərhələsindədir və hələ ki, bu istiqamətdə heç bir addım atılmayıb. Lakin, Azərbaycan Respublikası hökuməti öz rəftarlarına düzəliş etməsə, millət vəkilləri bu məsələni izləməyə çalışacaqlar.
O, sonda bildirdi ki, İranın indiyə kimi bu istiqamətdə hər-hansı bir addım atmamasının səbəbi ondan ibarətdir ki, İran daim beynəlxalq əlaqələrdə və xüsusilə qonşu ölkələrlə münasibətlərində dostluq, sülh və saziş əsasında rəftara malik olub. İndi də, İran keçmişdə nələrin baş verdiyi ardınca deyil. Amma, bu arada bir məsələyə diqqət göstərmək lazımdır. O da bundan ibarətdir ki, əgər Azərbaycan Respublikası hökuməti qondarma iddialardan əl çəkməsə, bizdə onlar üçün diqqətəlayiq cavab var.

0 views
 
Коментари
asifisrafilov 23.12.2011

Tarixi sənədlərdən aydın olur ki, hicri qəməri tarixi ilə 1310-cu il zihəccə ayının 23-də yəni Nasirəddin Şahın terror edilməsindən 3 il öncə İranın o zamankı şahı və çar 3-cü Aleksandr bir-biriləri ilə müzakirə apararaq, sonda Türkmənçay müqaviləsinin bir çox bəndlərini ləğv etdilər. Bir neçə səhifədən ibarət olan bu anlaşma heç bir ada malik deyil və tarixdə onun barəsində çox az məlumat var. Bu sənədin tezliklə Gülüstan Saray Muzeyində təqdimatı olacaq.
BU SENED NIYE BIZE AZERBAYCAN TARIXINDE OYREDILMEYIB?NEDEN BEHS EDIR?

Blog
Blogs are being updated every 5 minutes