KAŞ və BƏLKƏ...
32, Sumgayit, Азербејџан

Bir səhər oyansan və görsən ki,buludlar rəngini dəyişib.Səhər yeməyini yeyib liftin düyməsini basıb girəsən və görəsən ki,qoca bir qadın dayanıb,amma nə gileylənir,nə də yorğundur.Salamlaşıb keçəsən...
Tıxacsız yollarda gedəsən,dəqiq dayanacaqlarda saxlayalar avtobuslar.Qızların təbəssümlərinin işıqforunda düşəsən tıxaca,dayanıb saatlarla baxasan,Və anlayasan ki,qırmızı rəngdən də başqa rənglər insanı yolundan çəxara bilir....
Sonra o qız əl edib sağollaşa,sənə həyatın yaşıl işığını yandıra.İşə gedib hirslənmədən adamların üzünün saflığında çiməsən,daha metrolardan tər iyi gəlməyə...
Günorta pəncərədən yerə baxasan,görəsən ki,əlini ağzına salan uşaq bilmədən barmağını dişlədi.Dünyadaki bütün hərəkətlərin bu qədər təbii olacağına inanasan.Ağlayan uşağın yanağından süzülən yaş,böyük bir prospektin tozunu yatıra...
Gözünü yumub özün haqqında yox,başqaları haqqında düşünəsən.İnsan özü haqqında o zaman çox düşünür ki,öz dərdi çoxalaraq onun başqalarına baxan gözünü bağlayır.Sonra yuxu tuta səni,yuxuda bağçanın həyətində oynayan uşaqlar görəsən.Amma,yuxuları yozmayasan...
Oyuncaq dükanlarını uşaqlara bağışlayalar.Ya da,uşaq vaxtı oyuncaq almağa pulu olmayan qocalara...
Qocaların ən çox getdiyi yer əczaxanalar,ən çox danışdıqları mövzu dərman preparatları olmaya...
Qapıların kəndarından təbəssüm asalar.İnsanlar ancaq ürəkləri istəyəndə gülələr.Varlılar üçün ayrı,kasıblar üçün ayrı maska taxmaya insanlar.Siqaret və zavod tüstüləri küsüb gedələr şəhərdən...
Gözəl qızların çantalarından gözəl kitablar çıxa...
"Buyurun" "Çox yaxşı" "Mən də məmnunam" "Allah köməyiniz olsun" sözləri gün ərzində ən çox işlənən kəlmələr ola...
Baltalar ağacları yox,kin-küdurəti doğraya....
Televizoru açasan və eşidəsən ki,İraqda 300 uşaq doğulub.Çeçenlər silah yox,şənlik fişəngi atır...
Kaş hər şey belə olaydı.Bəlkədə bir gün olacaq.....Habil Məmmədov

3 views
 
Коментари

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes