qadinla kisinin ferqli otuz ceheti
37, Əzizbəyov, Азербејџан

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

1. Tərbiyə baxımından
Nəyə görə kişi, adətən qadından fərqli olaraq, bir ünvanı tapmaq üçün bir kimsədən soruşmaq əvəzinə, bütün ətrafı dövrə vurur?
Nəyə görə kişi, qadından fərqli olaraq, öz hisslərini gizlədir?
Nəyə görə qadın kişidən daha səliqəli və çalışqan olur?
Çünki uşaqlıqdan hər iki cins tərbiyə olunarkən, oğlana “Sən qız deyilsən, ağlama”, qıza isə “Sən oğlan deyilsən, qız səliqəli olmalıdır” deyilir.
Valideynlər oğlanı tərbiyə edərkən onda məsuliyyətliliyi, inadkarlığı, əminliyi və hisslərini cilovlamaq kimi xüsusiyyətləri inkişaf etdirməyə çalışırlar. Lakin qızlarda tamam başqa xüssiyyətləri və keyfiyyətləri inkişaf etdirirlər.

Kişiləri belə tərbiyə ediblər:
• Öz hisslərini gizlədən;
• Güclü və məğlubedilməz;
• Mübariz;
• Müstəqil.

Qadın kişidə bunu görmək istəyir:
• Öz hisslərini gizlətməyən;
• Öz zəif cəhətlərini göstərən;
• Əməkdaşlıq edən;
• Qadına ehtiyaclı və ondan asılı olan.

2. Mərhəmətlilik (şəfqət)
Kant deyib: “Qadınlar yumşaqürəkli, mərhəmətli və rəhmdildirlər”. Həqiqətən də qadınlar kişilərə nisbətdə daha şəfqətlidirlər.
Müxtəlif ölkələrdə belə bir müşahidə aparılmışdı: suni surətdə ağır nəticələrlə nəticələnmiş yol hadisəsi səhnələşdirilmişdir. 100 nəfərdən 40 nəfər kişi həmin hadisənin yanından sürəti azaltmadan keçmiş, 40 nəfərə yaxın sürəti azaldaraq yanından keçmiş, 20 nəfərə yaxın maraq hissinə görə saxlamış, yalnız 4 nəfəri yaxınlıqdakı polisə və “Təcili tibbi yardıma” xəbər vermişdir. Lakin bu zaman keçən 5 qadından 4 nəfəri maşınını saxlamışdır. Bəli, təsəvvür etmək belə çətindir ki, kömək edə biləcək qadın hadisənin yanından düz keçib getsin.

3. Sevgiyə münasibət
Qadın üçün vurulmaq daha asandır, nəinki onu etiraf etmək. Kişiyə isə etiraf etmək, aşiq olmaqdan daha asandır.
“Kişilər hörmət etdikləri qadını sevirlər, lakin qadınlar sevdikləri kişiyə hörmət edirlər”. (V.O.Kloçevski)

4. Ünsiyyət tələbatı və ünsiyyət
Qızlar kiçik yaşlarından daha zirək olurlar və onların nitqləri də daha iti və səlist olur. İllər keçdikcə bu xüsusiyyət onlarda qalır. Orta hesabla ünsiyyətdə qadınlar kişilərə nisbətdə yarım dəfə çox danışırlar.
Ünsiyyət qadınların həyatında o qədər əhəmiyyətli yer tutur ki, əgər gün ərzində onlar söhbət etməyiblərsə, bu, xanımların ümumi gündəlik əhvalına, məhsuldarlığına və iş keyfiyyətinə təsir göstərir. Ünsiyyət qadın həyatında ən vacib vasitə və anlardan biridir. Qadın ilə kişi arasında olan ünsiyyət tələbatındakı fərqlilik bir çox vaxtlarda ailədə münaqişələrə gətirib çıxarır. Bir çox hallarda ər öz ünsiyyət tələbatını işdə olduğu zaman təmin edə bilər.
Lakin, xanım üçün bu həmişə belə olmur və ya onun tələbatı daha çoxdur. Ona görə də qadın həmin əksikliyi, boşluğu evdə doldurmaq istəyir. Kişi susur və suallara qısa cavab verir və ya heç qulaq asmır. Təbii ki, qadın bu münasibətdən inciyir və ona kifayət qədər diqqət göstərmədiyini kişiyə deyir. Amma bu, bir-birinin psixologiyasının bilməzliyindən irəli gəlir. Qadın və kişiyə tövsiyə olunur ki, bu xüsusiyyətə görə bir-birləri üçün keçsinlər, güzəştə getsinlər (yəni daha mülayim yanaşsınlar).

5. Xarici görünüş
Xarici görünüş – qadın üçün qayğılarla, problemlərlə dolu bir anlayışdır. Bütün bunun arxasında özünəməxsus həyat fəlsəfəsi durur. Məsələn, adətən kişinin səliqəsiz görünməsini onun həddən artıq məşğul olması ilə əlaqələndirirlər. Lakin qadının səliqəsizliyi heç bir bəhanə ilə qəbul olunmur.

Xarici görünüşü yaratmaq bacarığından bir çox şeylər asılıdır. Xanımı öz görünüşündən başqa hər şey təngə gətirə bilər. Bəzən xanım onun xarici görünüşündə qüsur tapanda daha çox əziyyət çəkir, nəinki onun işində (və ya hər hansı başqa sahədə). İşgüzar olub, lakin görünüşü yaxşı görünməyən qadın üçün bu faktor daha önəmlidir. Qadın təbiətinin əsasını, məhz bu təşkil edir.

6. Düşüncə
Kişi susaraq düşünməyə üstünlük verir və sonda nəticə olaraq sözünü deyir. Qadın isə ucadan düşünür və bu da kişi tərəfindən çox danışmaq kimi başa düşülür. Kişilər öz fikirlərini daha çətin ifadə edirlər, nəinki qadınlar.

7. Ailəyə münasibət
Ailə, sevgi qadın üçün dünyada hər şeydən vacibdir. Qadın öz yaradıcılığında, şəxsi karyerasında uğur qazansa da, ondan həyatının ən xoş anını soruşsan, övladlarının dünyaya gəlmə anlarını və ya həyat yoldaşı ilə 40, yaxud 50 il ömür sürdüyünü qeyd edər. (Ümumən nəzərdə tutulur)

8. Kəşf və zirəklik
Adətən hər hansı tapıntı və ya kəşf kişilərin adı ilə bağlıdır. Qadınlar monoton həyata fitrətən meyllidirlər. Kişilər isə onlardan fərqli olaraq, eynilikdən yorulurlar və tezliklə belə situasiyalardan qurtulmağa çalışırlar. Belə misallardan biri kimi, “pampersin” icadını göstərmək olar.
Amerika mühəndis-kimyaçısı Viktor Miləz tualet sabunlarının texnoloji xüsusiyyəti ilə məşğul idi. “Pampers”i icad etməyə həyat onu məcbur etdi: bazar günləri nəvələrini onun yanına baxmağa gətirirdilər və uşaq əskiləri onu təngə gətirmişdi. Məhz onun nəvələri ilk “Pampers”i sınaqdan çıxarmış uşaqlar olmuşlar. 1961-ci ildə ilk dəfə olaraq pamperslər satışa çıxdı. Göstərilən misaldan belə, kişinin qadına nisbətən dəyişkənliyə və rahatlığa daha çox üstünlük verdiyi müşahidə olunur.

9. Dinləmə bacarığı
Qadın diqqətlə və sonadək dinləmək qabiliyyətinə malikdir. Kişi isə qadını 10-15 saniyə diqqətlə dinləyir və axıradək dinləmədən dərhal cavablandırır.

10. Ünsiyyət
Qadınlar insan münasibətini daha incə mənimsəyir, xırda detallara daha həssas reaksiya verirlər, nəinki kişilər. Əgər kişilərdə uğur qazanmaq və məqsədə çatmaq birinci yerdədirsə, qadınlarda ilk növbədə ətrafla münasibətdir. Ətrafdakılara diqqət – həqiqi xanımlığın ən cəlbedici xüsusiyyətlərindən biridir. Kişi göz yaşına, pis iştahaya və ya qeyri-adi sükuta fikir verməyə bilər. Lakin qadından bütün bunları gizlətmək çox çətindir. Qadınlar üz ifadəsindən daha yaxşı “oxuyur”, həmsöhbətinin əhval-ruhiyyəsini daha tez anlayır və daha həssas olur.
Kişilər daha aqressiv, qadınlar isə daha münaqışəlidirlər.
Qadınların nitqi kişilərlə müqayisədə daha mürəkkəb, bitkin və tamdır. Ümumiyyətlə, qadınlar dilçilik və qrammatikada güclüdürlər. Buna səbəb nitqi idarə edən beyinin sağ yarımkürəsinin daha yaxşı inkişaf etməsidir.

11. Emosionallıq
Qadınlar kişilərə nisbətən daha emosionaldırlar. Kişilər öz hisslərini cilovlaya bilirlər, lakin bunu qadından tələb etmək yersiz olardı. Xanımın əhvalı daim dəyişkəndir.
Qadınlar tərifə və cəzaya daha kəskin reaksiya verirlər. İşdə və evdə baş verən münaqişə və ya hər hansı bir narahatçılıq onlarda daha ağır təsir qoyur. Qadın bacaranda gülür və istəyəndə ağlayır. Xanımlar hadisələrə öz şəxsi münasibətləri kimi yanaşırlar.
Həmçinin xanımlarda təxəyyül və fantaziya çox inkişaf etmişdir (hətta kişilər bəzən bu ehtimallardan başlarını götürüb qaçmaq istəyirlər). Qadınların fantaziyası və orijinal fikirləri onlara reklam işində yardımçı olur.
Qadınların üzünün ifadəsi bir neçə (onlarla) müxtəlif hissləri ifadə edə bilər, halbuki kişilərdə bir qayda olaraq iki xüsusiyyəti laqeydlik və nifrəti bildirə bilər.

12. Kollektivdə münasibət
Kişilərə kişi kollektivində olmaq daha rahatdır, nəinki qadınlara qadın kollektivində mövcud olmaq. Belə bir düşüncə də vardır ki, kürəkən qayınata ilə daha tez dil tapır, nəinki qayınana gəlinlə.
Həm qadın və həm də kişinin sayı bərabər olan qarışıq kollektivdə mübahisə və münaqişələr daha az olur. Belə şəraitdə hər iki cins öz hərəkətlərini, dediyi sözləri çərçivədə saxlamağa çalışır və bununla münasibətlərdə tarazlıq yaranır.
Əgər kollektivdə bir cins üstünlük təşkil edirsə, bu zaman rəhbər əks cinsdirsə, abu-hava daha sağlam olur. Təsadüfi deyil ki, qadın kollektivində kişi rəhbərə üstünlük verilir.

13. Sağ və sol yarımkürə
İnsanın daxili orqanlarının yerləşməsində simmetriya yoxdur, hətta beyinin iki hissəsi müxtəlif hərəkətləri həyata keçirir: sol tərəf bizim nitqimizi və dillərə olan bacarığımızı, sözlərdən, rəqəmlərdən, simvolardan istifadə qabiliyyətimizi idarə edir, sağ tərəf isə musiqini düzgün qavrama qabiliyyətini, emosiya və intuisiyanı idarə edir. Həkimlər müşahidə ediblər ki, sağ yarımkürəsi zədələnən xəstələrdə, yumor hissi itir və sözün ikinci mənasını anlamırlar.
Hər iki yarımkürə həm qadında və həm də kişidə müxtəlif cür işləyir. Qadınlarda bir qayda olaraq məsələ və problemlərin həllində hər iki hissə, lakin kişilərdə daha çox yalnız biri iştirak edir. Ona görə də qadınlar kişilərə nisbətdə sözləri daha sürətlə və daha aydın tələffüz edir və fikirlərində hesabı daha yaxşı aparırlar. Kişilər isə abstrakt riyazi modelləri daha yaxşı qura bilir və yad şəhərdə öz istiqamətlərini daha cəld tapırlar.

14. İnstinkt (duyğu)
Qadında olan analıq hissi kişidə olan atalıq hissindən daha güclü inkişaf edib. Analar bütün övladlarını – həm pisini, həm də yaxşısını sevirlər. Lakin kişilərin əsasən yaxşı, nümunəvi övladlarına məhəbbətləri güclü olur.
Uşaqlıq dövründən hər iki cinsin meylləri, maraqları və davranışları aydın görünür: qızlar uşaqlıqdan könüllü dayə olur, özlərindən kiçik uşaqlarla oynamağı xoşlayır, gəlinciklərin paltarlarını tikir, düzəldir və s. maraqları olur. Lakin oğlanlar uşaq vaxtından hərbi işlərlə, nəyisə düzəltməklə maraqlanır və eyni zamanda qızlara nisbətdə daha sərt və kobud olurlar. Digər bir misal: A.A.Bodalev məktəbəqədər uşaqlar arasında bir araşdırma aparmış və müəyyən etmişdir ki, oğlanların 60%-i sənayeyə aid, qızların isə əksəriyyəti güllər, geyim və məişət mövzusunda şəkillər çəkmişdir.

15. Aktivlik
Kişilər fəaliyyətlərində qadınlara nisbətən daha aktivdirlər. Belə ki, bəzi mütəxəssislər məhkəmə iclası prosesini izləmiş və kişilərin qadınlara üstün gəlmələrini və hakimin qərarının kişi müdafiəçisinin xeyrinə həll olunmasının şahidi olmuşlar. Digər müşahidələrdə də qadınların təşəbbüskar deyil, müşahidəçi xarakter daşıması nəzərə çarpmışdır. Kişilər daima lider olmaq xüsusiyyətinə malikdirlər.

16. Münasibətdə qarşılıqlı tarazlıq
Bəzən fərqinə varmadan qadın ilə kişi münasibətində hansı cinsin idarə etməsi və ya hər hansı məişət və ya ailə daxilində kimin üstünlük təşkil etməsi çaşqınlıq yaradır. Belə bir deyim var: “Ağıllı, müdrik nənələr evdə oturaraq, daima dövləti idarə etmişlər”. Çünki onlar kişinin var-dövlətini idarə etmişlər, amma bu hərəkəti o qədər incəlik, yumşaqlıq və nəzakətlə həyata keçirmişlər ki, digər cins tərəfindən xoş qəbul olunmuşdur.

17. Nitq
İntellektin xarici ünsürlərindən biri nitq sayılır. İntellektin məhdudluğu, adətən, söz ehtiyatının azlığında, sözlərin səhv tələffüzündə və bayağı (çeynənmiş) ifadələrin istifadəsində bilinir.
İntellekti artırmaq üçün təhsil, mütaliə, ağıllı insanlarla ünsiyyət və öz üzərində işləmək kimi xüsusiyyətləri inkişaf etdirməkdən gözəl heç bir üslub yoxdur. Qadının insanın nitqinə diqqətlə və incəliklə fikir verməsi onu əks cinsdən fərqləndirən başlıca amildir. Qadın üçün bu kriteriylə həmin insanın özündən nə təsəvvür yaratdığı məlum olur.

18. Savadlılıq
Orta hesabla qadınlar kişilərə nisbətən daha savadlı hesab olunur və onlardan (kişilərdən) daha çalışqan sayılırlar. Buna əsasən də daha savadlı insan psixoloji ünstünlüyə malik olur, ona görə savadsızlığı biruzə verməmək və aşkar etməmək təqdirəlayiqdir. Bu nəinki məktubda, eyni zamanda şifahi nitqdə də özünü göstərir

19. Özü-özünü qiymətləndirmə
Kişi özünə qiymət vermədə daha sakit və təmkinlidir, nəinki qadın. Bu xüsusiyyət uşaqlıqdan bəri hiss olunur.
Peterburqda bəzi mütəxəssislər yüzlərlə gündəlikləri, Minskdə – minlərlə özünü xarakterizə edən qız və oğlanları araşdırıb təhlil etmişlər. Oğlanların özlərini xarakterizə etmələri daha obyektiv və gündəlikləri də əsasən real hadisələrlə və həyatdakı fəaliyyətləri ilə bağlı olub. Lakin qızların gündəliklərində, əsasən qarşılıqlı münasibət ilə bağlı məsələ və hadisələrə yer verilib. Ümumiyyətlə, bu xüsusiyyət həm yeniyetmə, həm də yetkin dövrdə müşahidə olunur.

20. İtaətkarlıq
Adətən qadın kişiyə hər işdə tabe olur. Bu halda kişi özünü daha güclü və möhkəm hiss edir. Bəzən belə bir anlayış da var ki, qadında itaətkarlıq xüsusiyyətini tərbiyə etmək hissi kişinin fitrətində qoyulub. Digər bir düşüncə isə belədir – “Səbir – qadının ən gözəl fitri xüsusiyyətlərindən biridir”.
Kişilərin ən çox bəyənmədiyi xüsusiyyətlərdən biri də qadının özünü ondan (kişidən) ağıllı hesab etməsidir. Lakin qadın (xanım olaraq) kişinin bu cəhətini çox rahat qəbul edir. Bu da bir daha onların fərqliliyini biruzə verir.

21. İş yeri
İş – kişi üçün qazanc mənbəyidir. Onlar adətən kollektivdə şəxsi münasibətin olub-olmamasına diqqət yetirmirlər. Amma qadınlar üçün iş yeri təkcə maddiyat mənbəyi deyil. Onlar işin keyfiyyətinə fikir verməklə yanaşı, eyni zamanda öz ailə üzvləri üçün də faydalı olmağa çalışırlar (evə ərzaq alırlar, evə zəng vurub övladlarının yeyib yemədikləri, dərslərini edib-etməmələri ilə maraqlanırlar və s.).

22. Ehtiyatlılıq
Qadın irs daşıyıcısı olan bir məxluq kimi hərəkətlərini çox götür-qoy edir və çox ehtiyatla davranır. Kişidən fərqli olaraq qadın daha az zədələrə məruz qalır.
Qadın qaydaları daha dəqiq yerinə yetirir, daha ehtiyatlı və riskə az meyllidir. Uşaqlıqdan cəsarət və təşəbbüs kimi xüsusiyyətlər oğlanda, səliqəlik və çalışqanlıq kimi xüsusiyyətlər isə qızda inkişaf etdirilir. Qaydalara münasibət də məhz buradan köklənir. Qaydaları pozmaq isə birbaşa zədələrə və xətalara gətirib çıxarır. Həmçinin müşahidələr göstərir ki, qadın kişiyə nisbətən sükan arxasında daha ehtiyatlıdır.Araşdırmalar göstərir ki, qadın maşını idarə edərkən kişiyə nisbətən 5 dəfə təhlükəsizdir. Mütəxəssislər bunu qadının aşağıdakı xüsusiyyətləri ilə əlaqələndiriblər:
• Yüksək həssaslıq nəticəsində vəziyyətin dəyişməsinə münasibət göstərmək;
• Yüksək müşahidəçilik nəticəsində daha tez yol hərəkəti nişanlarını və işıqforu görmək;
• Tez bir zamanda bir obyektdən digərinə oz diqqətini dəyişmək;
• Böyük axın olan maşınların arasında özlərinə rəqib axtarmamaq və onlarla yarışa çıxmamaq hissi;
• Həyatda olduğu kimi, maşını idarə edəndə də səliqəli davranmaq və pis hava şəraitində yola çıxmamaq;
• Daha çox yol hərəkəti qaydalarına riayət etmək və onları pozmamaq.
Bir çox qadınlarda bütün bu xüsusiyyətlər cəmlənir.

23. Rənglər
Qadın və kişinin rəng adlarından necə istifadə etmələri mütəxəssislər tərəfindən çox maraqlı faktlarla qeyd olunmuşdur. Rənglərin dildə istifadəsi qadın nitqində daha genişdir. O, rənglərin daha spesifik (xüsusilə əcnəbi dillərdən götürülmüş bej, pervanş və s. kimi) adlarını istifadə edir.
Kişi nitqində əsasən dolğun və əsas tonlara-qırmızı, qara, tünd-mavi, lakin qadın nitqində daha çox-çəhrayı, tünd-qırmızı, sarı və mavi rənglərə rast gəlinir.

24. Maraqlar
Amerikada cinslərin fərqliliyi mövzusunda Termen və Mayls tərəfindən geniş tədqiqatlardan biri aparılmışdır. Bu tədqiqat yeddi hissədən ibarət idi: assosiativ təcrübə, mürəkkəb ləkəsi (Rorşax üzrə), məlumatlılıq, emosional və etik xüsusiyyətlər, maraqlar, fikir və reaksiyalar.
Müxtəlif yaş qrupları və müxtəlif peşə sahibləri arasında aparılmış həmin tədqiqatda qadınla kişi arasında çox ciddi mövcud olan fərqlər meydana çıxmışdır. Belə ki, kişilər macəra və igidliklərlə bağlı məsələlərlə, fiziki gücə aid işlərlə, texniki, dəqiq elmlərlə və kəşflərlə çox maraqlanır. Qadınlar isə ev işləri, estetika və zəiflərə köməyi özündə cəmləyən ixtisaslarla (uşaqlara, xəstələrə) daha çox maraqlanır. Kişilər özlərinə daha əmindirlər, aqressiv, tərs və cəsarətlidirlər, ədalarında, nitqlərində və hisslərində daha sərt davranırlar. Qadınlar isə daha həssas, utancaq, emosional, xeyirxah və qayğıkeşdirlər.

25. Abstrakt və konkretlilik
Qadınlar abstrakdan çox konkretliyə üstünlük verirlər. Kişilərin pul ehtiyatları olanda (bankda və s.) özlərini daha yaxşı hiss edirlər. Qadınlar isə puldan konkret mənfəət əldə etməyə, bir sözlə onu sonraya saxlamamağa üstünlük verirlər.
Belə bir ibrətamiz hekayə qadının və kişinin münasibətini aydın göstərir:
Qadın və kişi səhra ilə gedərkən qumun üstündə bir sandıq görürlər:
Qadın: Bax gör içində nə var?
Kişi: Bu hardandır?

26. Gözəlliyə sevgi
Qadın gözəlliyə, incəliyə, zərifliyə fitrətən meyllidir. Öz praktikliyinə baxmayaraq, qadın qəşəngliyi faydalı ilə əvəz edə bilir. Məsələn, qadının güllərə olan sevgisi. Bir çox kişilər, hətta xanımlara gül hədiyyə etsələr də, qadınların gülləri sevməsini anlamırlar. Kişilərin düşüncəsinə görə, həmin pula daha uzunömürlü, faydalı, eyni zamanda ruha xoş gələn hər hansı başqa bir şey almaq olardı.

27. Səmimilik
Bir araşdırma zamanı qadın və kişi ilə ayrı-ayrılıqda (özləri və şəxsi həyatları barədə) söhbət aparılmışdır. Onların hər ikisi ilə eyni mövzuda söhbət aparıldığına baxmayaraq, qadının söylədikləri daha yüksək qiymətləndirilmişdir. Bu ondan irəli gəlir ki, cəmiyyətdə kişilik xüsusiyyətlərini nəzərə alaraq, kişinin ilk gördüyü adama özü və şəxsi həyatı barədə danışması, onu zəif və asılı adam kimi göstərir, lakin qadın bunu edəndə bu, səmimilik kimi qiymətləndirilir.

28. Hissdə olan fərq
Kişini qadına nisbətən hiss və sevgi kimi məsələlər daha az maraqlandırır. Kişi adətən özünü əldə etdiyi uğur, məqsəd və işlə, qadın isə qarşılıqlı münasibətlə təsdiq edir. Kişi beyninin məhz xüsusiyyəti belədir ki, düşüncə anından sevgi məsələsinə dərhal keçid ala bilmir. Qadında isə tam əksinədir.
Kişi adətən ağlı, qəraqlılığı və liderliyi qadında dəstəkləyir, lakin ailə qurmağa gəldikdə daha çox digər xüsusiyyətlərə malik (yəni kişi özünü ailə başçısı hiss edəcək) bir qadınla həyatını qurur.

29. Qeyri-bərabər həyat ritmi
Kişi iş yerində daha çox yorulur, nəinki qadın. Buna səbəb kişinin işindəki fiziki ağırlıq, gərginlik, böyük məsuliyyət (rəhbər vəzifədədirsə) və az müqavimət göstərmədir. Qadının işi daha müntəzəm hesab olunur və mütəxəssislər qadının səhər işdə, axşam isə evdə işləməsini sağlamlıq üçün xeyirli hesab edirlər.

30. İntuisiya (hissiyat)
Kişi hər hansı hadisə və ya situasiyanı bütövlüklə qəbul edir, qadın isə daha çox kiçik nüanslara diqqət göstərir.
Bir xüsusiyyəti müşahidə etmək maraqlı olardı: qadın və kişi kitab alırlar. Kişilərin əksəriyyəti mütləq kitabın mündəricatına fikir verirlər. Qadınlar isə, bir qayda olaraq, kitabın bir neçə səhifəsini vərəqləyir və içində nə olduğuna baxırlar. Səhifələyərkən aldığı təəssüratdan, onun kitabı alıb-almayacağı məlum olur.
Qadının kiçik detallara fikir verməsi, onun kişiyə nisbtətən daha müşahidəçi və hissiyyatının daha güclü olmasını nəzərə çarpdırır. Xanımların tez-tez işlətdikləri “Mən bunu hiss edirəm” kəlməsi buna misaldır.
Xanımın hissi 90 % düz çıxır, lakin əsaslandırmağa heç bir sübutu olmur. R.Kiimenq deyib: “Qadının zənni daha çox dəqiqliyə uyğun olur, nəinki kişinin əminliyi”.

P.S .......Allah razi olsun...

3 views
 
Коментари

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes