18.02.2014
Necəsən?
40, Baku, Азербејџан

Bu gecə köz kimi düşdün könlümə
Açılan sabahım, danım necesən?
Niyə qərib etdin məni ömrünə
Can içrə can olan, canım necəsən?

Günəşə zülm etdin gecələrə qəsd
Çəkdin aramıza yenilməyən sədd
Məni dinləmədin eyləmədin cəhd
Keçməyən, ötməyən anım necəsən?

15 views
 
Коментари

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes