03.02.2014
Unudum gərək
39, Baku, Азербејџан

Mən səni unuda bilmirəm axı,
Unutsam, nələri unudam gərək,
Göylərə baxmışıq aylı gecədə
Unutsam, göyləri unudum gərək


1360484051_3206e643885.gif


Dənizi unudum, ya dalğalari
Xatiren yadimdan cixsaydi bari
Payizda xezani, qiwdasa qari
Baharda gülləri unudam gə
rək


1360484051_3206e643885.gif


Sənin xəyalındır həsrətlə baxan
Adındır hər saat qarşıma çıxan
Qarışıb şəklinə gözümdən axan,
Yagışı, selləri unudum gərək


1360484051_3206e643885.gif


Sinəmdə peşiman ürəyim qaldı
Uçdun, əllərimdə lələyin qaldı
Nələri itirdim, bax, nəyim qaldı,
Nələri, nələri unudum gərək

1 views
 
Коментари

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes