DoDG  GuLSeDe  uReKaGLaR
29, Akiachak, САД

Yolda qarşılaşdığımızda, azan oxunurdu.

- "Gəl səni məscidə aparım," dedim. Bu gün Cümədi bilirsən
daha əvvəlki təkliflərimi də rədd etdiyi üçün:
- Sən də mənim məscidə getmədiyimi bilirsən, dedi.
- "Bilirəm amma, Səbəbi də mənə maraqlıdır." dedim.
- "Nə bilim olmur,alınmır"- deyə cavab verdi. "Bəlkə ətrafın da təsiri var. Həm şalvarımın ütüsü pozulub dizləri aşınar deyə narahatlıq edirəm."
İstər istəməz gülərək:
-" Hər halda zarafat edirsən"-dedim. "Bunun üçün məscid tərk edilərmi heç?"
- "Ciddi söyləyirəm. Geyimimə və xüsusilə "Yaşıl"a çox düşkün olduğumu bilərsən." dedi.
Həqiqətən də elə idi. Geydiyi bir-birindən gözəl paltarları mütləq yaşılın bir başqa tonundan seçər və hər vaxt ütülü idi.
- "Yaxşı, Həyatında heç məscidə getmədinmi?" deyə soruşdum.
- "Uşaq ikən babamla bir neçə dəfə getmişdim, deyə cavab verdi. Lakin artıq gedə biləcəyimi zənn etmirəm.
Söylədikləri məni son dərəcə çaşdırmış və bu mövzunu açdığıma peşman etmişdi. Daha sonra əl sıxışıb ayrıldıq.
Onunla danışmamızdan iki ay sonra, özünün məsciddə olduğunu söylədilər. Dərhal getdim. Bağçadakı namaz saflarının ən qarşısında dayanırdı və üzərində yenə yaşıllar vardı.
Yavaşca yanına yaxınlaşdım və sakit bir səslə:
- "Bəs heç məscidə gəlməyəcəkdin?" -soruşdum.
Heç səsini çıxartmadı. çünki musalla daşının üzərində, yaşıl örtülü bir tabut içində yatırdı.

85 views
 
Коментари

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes