16.07.2014
unvanliiiiii
29, Akiachak, САД

Səni yaşatmağa ömür yetməsə,

Nə olar,qəlbini vermə heç kəsə,
Torpaq cəsədimi qəbul etməsə,
Məni gözlərində büküb dəfn elə.

Sevgi dünyamıza sahib cıx,gülüm
Zamansız gəlibdir,amansız ölüm
Məni hissə-hissə,lap bölum-bölüm,
Həsrət otağına tikib dəfn elə.

Orda sözlərimi necə yazım mən?
Gör kimlər gələcək mənim izimdən,
Nə olar,gözünü çəkmə gözümdən
Gözünü gözümə dikib dəfn elə

Sənsiz xəyallara dalmayım deyə,
Qəlbimə iztirab salmayım deyə,
Səninçün nigaran qalmayım deyə,
Rəsmini qəbrimə çəkib dəfn elə.

Mənimçün saçını yolacaqsansa,
Dərdimi qəlbinə salacaqsansa,
Bir gün özgəsinin olacaqsansa,
Sevgimi qəlbindən söküb dəfn elə.

Məni o dunyaya sən ötür,gülüm,
Izimi tozumu sən itir,gülüm,
Sevən ürəyimi sən götür,gülüm,
Sevgi baxçasına əkib dəfn elə.

48 views
 
Коментари
sevgilimmmm 18.07.2014

QESEYDI

KiMSeSiZ KiMSeSiZ 18.07.2014

Sizde qeseyduuu

Blog
Blogs are being updated every 5 minutes