26.04.2015
Ömür yolu
25, Sumgayit, Азербејџан

Ömür yolu olur qısa,
alışırıq yana-yana...
Həyat yalnız bircə dəfə,
bəxş olunub hər insana...

Doğru yolu gedə bilək,
yaxşılığı edə bilək...
Ömür elə düz ola ki,
buna görə deyib-gülək!...


Üzü bərkmiş bu dünyanın,
istəsək də onu yenə...
Bax beləcə bu həyatda,
yaşayırıq,ay Pərvanə!....

Həyatına naxış olan,
tələbəlik illəridi...
Bu bacılar,bu qardaş da,
ömrün təzə gülləridi!...


Arzuların açsın çiçək,
sən toxunma heç vaxt daşa!...
Bu dünyada,ay Pərvanə,
sən həmişə xoşbəxt yaşa!...

21 views
 
Коментари

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes