Bismilləhir Rahmənir Rahim.
26, Baku, Азербејџан

Bismilləhir Rahmənir Rahim.

Allahın əzəli, əbədi dini
İslamdır, yenə də islam olacaq!
Sahibizamanın(ə.f.) gəlişi ilə
Bu dünya yenidən islamlaşacaq!

Muslim - təslim olan haqqın önündə,
Namazı, orucu yerli-yerində,
Əmri-ilahiyə "ləbbəyk!" dilində
Mərtəbəsi uca məqam olacaq.

"Mən kiməm?"- cavabı islamda ara
"Nə etməliyəm"- ki, o, gəlsin kara.
Qiyamət günündə düşəndə dara
Rəhmanın rəhimi yarım olacaq.

Birinci namazdır, ən başda gələr,
O, varsa, qəbuldur digər əməllər
Orucla insanlar bərabərləşər
Necə Qiyamətdə durum olacaq.

Xums, zəkat və həccin var öz şərtləri,
Mərufa əmr eylə, nəhy et munkəri,
Xeyrə tərəf durub, pisləsən şəri
İnan ki, köməyin Subhan olacaq.

Təvvəlla, təbərra bir də cihad var,
Əmri-ilahidir, hər kəs ki, uyar
Əbədi həyatda səadət tapar
Axirət məkanı rizvan olacaq.

Amma bir şərt də var, bütün əməllər,
Əhli-beyt olmadan olar heç, hədər
İpi möhkəm tutan cənnətə gedər
Vəkili Natiqi-Quran olacaq.
Canımdan keçərəm ondan keçmərəm...  3 dini (şeir)

CANIMDAN KEÇƏRƏM ONDAN KEÇMƏRƏM


Bismilləhir-Rahmənir-Rahim

Hicabım, bayrağım başımın üstə,
Canımdan keçərəm, ondan keçmərəm!
Hicabımı deyil, canımı istə,
Canımdan keçərəm, ondan keçmərəm!

Hicab - Xanımımdan mənə yadigar,
Onu Zeynəb mənə edib etibar.
Hicabsız bu dünya mənə olar dar
Canimdan keçərəm, ondan keçmərəm!

Hicab Allah əmri, bihudə sayma,
Allahın əmrinə qadağa qoyma!
O, mənim dərimdir, dərimi soyma!
Canımdan keçərəm, ondan keçmərəm!

Hicab ismətimdi, hicab arımdı,
Həm varlığımdı, həm də varımdı
Qiyamət günündə mənim karımdı
Canımdan keçərəm, ondan keçmərəm

Ey, hicaba qarşı duran kimsələr,
Məkrli hiylələr quran kimsələr,
Zəhranın qəlbini qıran kimsələr,
Canımdan keçərəm, ondan keçmərəm!

Canımdan keçərəm ondan keçmərəm...  3 dini (şeir)

XƏSTƏ KÖNÜLLƏRİN TƏBİBİ GƏLDİ.


Xaliqə şükr etdi ərşdə mələklər,
Dünyaya Allahın Həbibi gəldi!
O, gəldi, yıxıldı Kəbədə bütlər
Xəstə könüllərin təbibi gəldi.

İnsanlıq ölmüşdü o, gələn zaman,
Allahı unutmuş, azmışdı insan,
Hakim olmuş idi qəlblərə şeytan
Lənətlik iblisin əzabı gəldi.

Atası Abdullah-Məkkənin ayı,
Məkkədə yox idi onun heç tayı
İsmail(ə), İbrahim(ə) soyundan soyu
Nəbilər nəbisi o nəbi gəldi.

Yaradan yaratdı onu nurundan,
Alır öz nurunu gecə ay ondan
Olmasa olmazdı kainat, cahan
Aləmin var olma səbəbi gəldi.

Gəldi, yada saldı əhdi, peymanı,
Gəldi, təzələdi dini, imanı,
Gətirdi möcüzə kitab-Quranı
Yanan ürəklərin sirabı gəldi.

Salam olsun ona, Əhli-beytinə
Mövludu bayramdır biz ümmətinə
Həmd olsun Rəbbimin bu nemətinə
Cənnət güllərinin gülabı gəldi

15 views
 
Коментари

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes