Blog


JuJu
25, Sumgayit, Азербејџан

O GeTDi... Ve BüTün SevinCimI . GüLü$ümü .HəYəCanımı . Onu Hər GöRənDə Hiss eLəDiyLərimi . QisQancLıGımı Ya$amaGımı. .ArzuLarımı HisLərimI ÖzüyLə aParDi . İnDi Heçnə Hiss eTmirəm#Dunyam DaGiLiB

-`Baxdığıм hər yolda 'Səи'i görмək istədiм ...

"Həyatdi da.." sözünün altinda yatan o qədər ölmüş ümidler, yarim qalan xəyallar, puç olmuw genclik arzularım var ki.. !

-`Baxdığıм hər yolda 'Səи'i görмək istədiм ...

Get Içimdən!!!Mənim Özümə Belə Xeyrim Yoxdu...Get İçimdən!!!Məni Sevən Çox Sadiq Qalan Yoxdu!!!

Bəlkədə Təmiz Sevgi, Gizli Qalan Sevgidi... - Hec Bir Saxtaliq Kirlətməz Onu..!

-`Baxdığıм hər yolda 'Səи'i görмək istədiм ...

Heç kim imtina edilməz deyildir. İmtina etdiylərim bunu daha yaxşı bilirlər


05.11.2014
JuJu
25, Sumgayit, Азербејџан

Məndən uzaqdasan, lap yanımdasan.

Sevginlə, məsafə itib yox olur.

Nə böyük lütüfdür, nə böyük uğur.

Səni sevib, dinə imana gəlmək.

Gecə ay otağa, nurunu salıb.

Sanki, qaranlıqdan qoruyur məni.

Baxıram otağa, düşən işığa.

Nurla sevgi gəlib, sevgi sənmisən?.

Pərdəni ehmalca, yellədən külək.

Mənə, şirin-şirin layla oxuyur.

O, həzin laylalar yuxuma gəlir.

Laylaya həzinlik verən sənmisən?

Bəzəkli xalıya, bənzəyir otlar.

Onu rəngləndirir, çiçəklər, güllər.

Ətraf necə gözəl, sevgi dünyası.

Sevgi dünyasını, quran sənmisən?

Arzular içində, itib batıram.

Hərdən, ümidlərlə yoldaş oluram.

Yoldaşım qoymur ki, arzum yox olsun.

Mənlə yoldaş olan ümid sənmisən?

Bülbül, çiçəyindən heç ayrılmadı.

Hətta, tikanlardan qorxub qaçmadı.

Bülbül sevgisilə, gülə bağlandı.

Bülbülün sevgisi, qəlbi sənmisən?

İl ərzində, bayramlar yolçular olar.

Böyük-kiçik hər kəs onları gözlər.

Bayram fürsətidir, heç…


03.10.2014
JuJu
25, Sumgayit, Азербејџан

Fəsillər dəyişdi,illər dəyişdi, Əllərimdən tutan əllər dəyişdi, Ömrümün otuzu təqvimdən düşdü, Ana, mən böyüyə bilmədim axı. Gedən əzizlərim sanki qonaqdır, Dalınca ağlasam, qayıdacaqdır, Vəfasız dostlarım cığal uşaqdır, Ana, mən böyüyə bilmədim axı. Dünənki uşaqlar gördüm böyüdü, Səbrimi zamana sərdim, böyüdü, Əzabım böyüdü. dərdim böyüdü, Ana, mən böyüyə bilmədim axı.


03.10.2014
JuJu
25, Sumgayit, Азербејџан

Onsuzda biz ölu bir cəmiyyətik .Yani bu cəmiyyət bilir ki doğulandan 11 il məktəbdə oxumalıdır 5 il isə universtetdə yani 16 il təhsil almalısan ki hardasa işləyə biləsən.Amma istənilən azərbaycandakı iş yerində 1 ilə o işi sənə başa sala bilərlər yani 1 il həmin işə davamlı şəkildə praktikaya getsən və həmin işi başa dusub örgənəcəksən.Deməli 1 il pratikaya ayırsaq burdan ömrumuzun 15 ili heçnədən getdi.Həyatımızın yarısını yatırıq tutaq ki 60 il yaşacayıqsa 30 ilini bunun onsuzda yatırıq.Əgər tutaq ki 60 il yaşayacayıqsa cəmi hesablasaq 45 ilimiz burdan getdi qaldı 15 il .15 ili əgər istəmədiyi işdə işləyəcəksə həyatıimızda qalır 7-8…


JuJu
25, Sumgayit, Азербејџан

Sevgilim belə bir qərar almışam
Ayrılaq bu eşqin sonu görünür.
Dərd kədər içində məskən salmışam,
Ürəyim arxanca gəzib sürünür.

Bu həyat gözəldi o vaxt gözümdə,
Yaman inanırdım məni sevirsən.
Bilmədim nə oldu inan özümdə,
Hər şeyi bir Allah, bir sən bilirsən.

Son dəfə görüşə dəvət edirəm,
Bəlkə də yaralar təzələnəcək.
Deməki xoşbəxt ol, çıxıb gedirəm!
Ovcuna gözümnən yaş ələnəcək.

Həmin o yaşları silmə əlinnən,
Öpərsən rəsmimi hər darıxanda.
Xoşbəxtlik arzumdu yar sevgilinnən,
Sal məni yadına ona baxanda.

Çox istəyərdim duyam səsini,
Qprxuram heç zaman qismət olmuya.
Keçməyə nə var ki, eşq tələsini?
Gözlərim gözünə həsrət olmuya.

Vecinə deyilmi çəkirəm nələr?
Sən isə kef çəkib, hey əylənirsən.
Səbr elə sevgilim, elə gün gələr,
Halallıq istəyib geri gələrsən.

Nə oldu sevgilim? Dərdini denən!
Unudum o ötən,…


JuJu
25, Sumgayit, Азербејџан

Biz xoşbəxt olmadıq sevənlər kimi,İndi son bahartək sızlar qəlbimiz.Bəlkə bu dünyaya gəlmişik, gülüm,Artıraq dünyaya həsrətini biz.Tənə də, giley də daha əbəsdir,Bu sirli royadan ayılaq gərək.Ya sən gecikmisən, ya mən tələsdim,İndi sevə-sevə ayrılaq gərək.Könül gizli-gizli yanacaq indi,Bir damla göz yaşın dənizdi mənə.Bizə xatirələr qalacaq indi,Sənin xatirən də əzizdir mənə…Bilirəm, bu həsrət üzəcək səni,Çalış, kölgə kimi sürünməyəsən.Gözlərim hər zaman gəzəcək səni, Çalış,Gözlərimə görünməyəsən!…Müəllif-Nüsrət Kəsəmənli


JuJu
25, Sumgayit, Азербејџан

Bu gecə yenə səni düşündüm Başıma yastığa qoymuşam tənha Gözyaşlarım ovucumun içinə dolub Ürəyim razı olmaz sənsiz qalmağa Taleh səni yenə mənsizmi qoyub Düşüncələrim sənli xəyallarım sənli Bir bilsən üzünə necə həsrətəm Oturub boş nöqtəyə baxıram qəmli Darıxdım sözünə nece həsrətəm Baldan şirin olan sözlərin Saçlarıma sığal çəkər o əllərin İndi ayrı yerdə ayrı otaqda Yadıma düşür sənli görüşlər


JuJu
25, Sumgayit, Азербејџан


26.04.2015
JuJu
25, Sumgayit, Азербејџан

Ömür yolu olur qısa,
alışırıq yana-yana...
Həyat yalnız bircə dəfə,
bəxş olunub hər insana...

Doğru yolu gedə bilək,
yaxşılığı edə bilək...
Ömür elə düz ola ki,
buna görə deyib-gülək!...


Üzü bərkmiş bu dünyanın,
istəsək də onu yenə...
Bax beləcə bu həyatda,
yaşayırıq,ay Pərvanə!....

Həyatına naxış olan,
tələbəlik illəridi...
Bu bacılar,bu qardaş da,
ömrün təzə gülləridi!...


Arzuların açsın çiçək,
sən toxunma heç vaxt daşa!...
Bu dünyada,ay Pərvanə,
sən həmişə xoşbəxt yaşa!...


19.04.2015
JuJu
25, Sumgayit, Азербејџан

Eşitdim, dostlardan məni sormusan,
Bir mesaj yazmağa üzün gəlməyib.
Özgə birisilə ailə qurmusan,
Bir dəfə olsa da üzün gülməyib.

Eşitdim, yamanca peşman olmusan,
Məni terk etdiyin o gündən bəri.
Özgə qollarında tənha qalmısan,
Unuda bilmirsən mənli günləri...

Eşitdim, arada gözlərin dolur,
Mənli xatirələr düşür yadina.
Ürək də, beyin də yadina salır,
Ölməz xatirələr çatır dadına...

Eşitdim, hər sabah məyus olmusan,
Gecələr gündüzdən qoparır səni.
Bu cavan yaşında yaşa dolmusan,
Yuxular uzağa aparır səni...

Eşitdim, üzünü qırışlar basıb,
O mənə etdiyin günahlarındı.
Eşitdim, deyəsən lap ağlın çaşıb,
Hər günah basqa bir sabahlarındı.

Eşitdim, şeirimi oxuyanda da,
O qara gözlərin dolub nədənsə.
Göz yaşın qarışıb qara telinə,
Üzündə güllərin solub nədənsə...

Bilirəm, oxuyub hey ağlayırsan,
Daha istəmirəm ağladım səni.
Bilirəm, rəsmimi qucaqlayırsan,
Rəsmim tək qoruya bilmədin məni!


Blog
Blogs are being updated every 5 minutes